Azərbaycan müstəqil respublikadır - İnşa

Azərbaycan müstəqil respublikadır - İnşa
Dərslər
10.09.2017 53
Vətən! Bu kəlmə təmiz ürəklər  qədər safdır, pakdır, müqəddəsdir. Bu
deyim sevənlərin gözləri tək şəffafdır, təmizdir, aydan arı, sudan
durudur. Bu söz ana südü kimi şirindir. Ana qucağı qədər əziz, ana
nəfəsi tək doğmadır. 
 
Vətən! Bu söz ilk dəfə kimin dilindən çıxıb, kimin dodaqlarından
qopub?! Doğulub boya-başa  çatdığımız torpaq, doğma yurd, doğma od-ocaq
yri barədə deyilən "vətən” kəlməsinin müqəddəsliyini zaman-zaman özümüz
hiss etmişik, özümüz duymuşuq. Müqəddəs bir varlığa-anaya olan
məhəbbətimizi ona da şamil etmişik. Ona da ana demişik: Ana Vətən!
Azərbaycan! Odlar yurdu! Odlar Ölkəsi! Ürəyi alovlu, sinəsi günəşli
doğma vətənim! Bütün qəlbimlə sevdiyim diyarım mənim!
 
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən
Anam, doğma vətənimsən.
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
 
Azərbaycan! İgidlər, mübarizlər, qorxmazlar, atəş ürəklilər
vətəni. Tarixlərdə izi qalan. Sözü qalan " qoca Şərqin qapısı”,
Nizamilər, Nəsimilər, Füzulilər, Vurğunlar, Sabirlər, Üzeyirlər yetirən
ana torpaq. Sən nə qədər müqəddəssən, munissən, ülvisən, doğmasan.       
 
1918-ci ilin bir yaz günündə Azərbycan torpağında istiqlal günəşi
prladı – 28 May günəşi.Həmin gün Azərbaycanımızın dövlət müstəqilliyi
elan olundu. Müstəqil dövlətimizin hökumətini qurmaq Fətəli xan Xoyskiyə
tapşırıldı. 1918-ci ilin iyununda Azərbaycan hökuməti Tiflisdən
Gəncəyə, sentybrın 15-də isə Bakıya köçdü. Təəssüf ki, Azərbaycan
üzərində müstəqillik günəşinin parlaması yalnız 23 ay çəkdi. Rusiya
imperiyasının Bakı neftinə olan marağı Azərbaycanın işğal edrək "
qırmızı imperiya”ya ilhaq olunmasına səbəb oldu.       
 
Yetmiş il imperiya əsarətində qaldıq. Böyük qardaş dediyimiz Rusiya sərvətlərimizə sahib, canımıza qənim çıxdı.   
 
Əzildik, lakin nə şükürlər olsun ki, üzülmədik. Yetmiş ildən
sonra , nəhayət ki, yenidən istiqlala qovuşaraq üçrəngli bayrağı başımız
üzərinə qaldırdıq.     
 
Bu istiqlal və azadlıq bizə heç də ucuz ba gəlmədi. 20 Yanvar…
Qarabağ… Xocalı… Nə qədər gözəl və qeyrətli oğlanlarımızı, erkək tinətli
qızlarımızı itirdik. Nə qədər vətən övladı azadlığımızın şəhidi oldu,
ölümü ilə ölümsüzlük qazandı. Doğma diyarımızın beşdən bir hissəsini
Rusiyanın üzərimizə qısqırdığı erməni tapdağına verdik, bir milyon
soydaşımız doğma yurdundan qovulub didərgin salındı.        
 
Əzilmişik, lakin sınmamışıq. Çox tezliklə Türk oğlu hayqıraraq
ayğa qalxacaq, mənfur düşməndən tökülən günahsız qanların intiqamını
alacaqdır. Biz həmin günlərin sorağı ilə bütün  əzablara qatlaşır, həmin
anların qələbə yaşamı ilə, xalqımızın müzəffər gücünə arxayın bir
ümidlə nəfəs alırıq.      
 
İnanırıq ki, Azərbaycan xalqının başı üzərindəki azadlıq günəşi daha parlaq işıq saçaşaq. gələcək nəsillərə ərməğan olacaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!