Əmək insanı ucaldır - inşa

Əmək insanı ucaldır - inşa
Dərslər
10.09.2017 78
İnsan dünyanın ən ali varlığıdır. İnsanı aliləşdirən amillərdən ən əsası əməkdir. Ən qədim zamanlardan müasir dövrlərə qədər nəzər salsaq, görərik ki, insanlar öz zəhmətləri ilə nələrə qadir olublar. Müasir dövrdə tibbin, texnikanın, təhsilin bu səviyyəyə gəlib çatması insan əməyinin bəhrəsidir. İnsanın bacarmadığı iş demək olar ki, yoxdur. Fiziki və ya zehni, hər hansı bir işə başlamamışdan əvvəl o, adama çox çətin gəlir. Lakin işə başlayandan sonra insan işə necə qalib gəldiyini görür.



Dünyanın müxtəlif yerlərində olan tarixi abidələri, qəsrləri, imarətləri yada salaq. Bunların çoxu qədim zamanlarda tikilib. Bəs texnikanın olmadığı bir vaxtda insanlar bunları necə inşa ediblər? Bu abidələr uzun illər ərzində yüzlərlə, minlərlə insanların zəhməti nəticəsində yaranıblar.



İnanın ki, hər hansı bir işlə məşğul olmayan və heç nə ilə maraqlanmayan insan cəmiyyətdə istədiyi yeri tuta bilmir. Bir işi başa çatdırmaq üçün zəhmət çəkirsinizsə, bu vaxt sizə yeni qapılar açılır. Bu qapılardan keçərək daha yüksək mövqelərə çata bilərsiniz.



Əmək insanı həm ucaldır, həm də inkişaf etdirir. İşlə məşğul olan insan heç kimə möhtac olmur. Belə insana ətrafdakı insanlar həmişə hörmət və pərəstiş edirlər.

Tənbəl və əmək sevməyən insanlar müxtəlif xəstəliklərə də düçar ola bilərlər. Çünki, insan bir işlə məşğul olduqda daim pis fikirlərdən uzaq olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!