Vətən - inşa

Vətən - inşa
Dərslər
10.09.2017 86
Vətən - əcdadımızın mədfənidir.
 
Vətən -övladımızın məskənidir.
 
Vətəni sevməyən insan olmaz.
 
Olsa da o şəxsdə vicdan olmaz.
 
Görkəmli şairimiz Abbas Səhhətin bu misralarını oxuduqca
fikirləşirsən, doğrudan da Vətəni sevməmək olarmı? Vətənini sevməyən
insan yəqin ki, həyatda heç nəyi sevmir. Öz ailəsini, evini sevən,
qoruyan insan birinci növbədə Vətənini sevməlidir.
 
Vətən nə deməkdir? Vətən ancaq doğulub  yaşadığımız bir
yer deyil. Şəhərlərimiz, rayonlarımız, kəndlərimiz bu ərazilərdə yaşayan
insanlarımız –hər biri Vətəndir. Vətənini sevən insan onun daşını,
torpağını, təbiətini, insanlarını da sevir. Öz elini, obasını sevən
adamın hər bir işində bu sevgi özünü biruzə verir. Vətəni sevmək hər bir
vətəndaşın borcudur. Hər birimiz bu məqsədlə əlimizdən gələni
etməliyik. Sənətimizdən asılı olmayaraq Vətənimizin, insanlarımızın
qayğısına qalmalıyıq. Bunun üçün biz Vətənimizin coğrafiyasını,
tarixini, incəsənətini, mədəniyyətini dərindən bilməliyik. Bir sözlə
özümüzü tanımalıyıq. Biz özümüzü tanımasaq, başqa ölkələr də bizi
tanımaz. Coğrafiyamızı, tariximizi, keçmişimizi yaxşı bilməliyik ki,
dəfələrlə torpaqlarımıza göz dikən düşmənlərimizi tanıyaq. Tarixi
abidələrimizi, musiqilərimizi tanımalı və qorumalıyıq. Bir sözlə Vətəni
sevirsənsə, onu qorumalısan. Bizim əcdadlarımız torpaqlarımızı qoruyaraq
bu günlərə gətiriblər. Bizim də borcumuzdur ki, onlara dönük çıxmayaq,
onların davamçıları olaq. Mənim fikrimcə, Vətəninin bir qarış torpağını
itirən adam ruhən heç vaxt xoşbəxt ola bilməz. Vətən itkisi olan adam
istənilən uğuru qazansa da həyatında daim boşluq hiss edəcək. Ancaq
Vətənin firavanlığı bir nəfərdən asılı deyil. Öz vətəninin  uğruna hamı
bir olmalıdır. Belə olarsa, Vətən heç vaxt basılmaz.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!