İngilis dili dərsləri (2. dərs)

İngilis dili dərsləri (2. dərs)
Dərslər
10.09.2017 17
Keçən dərsdən öyrəndik ki, to be felinin 3 forması mövcuddur -- am/is/are.  Bu fellə sual cümləsini üzəltmək üçün am/is/are felləri cümlənin əvvəlinə keçir. Aşağıdakı misallarda aydınlaşdıraq:
 
I am late. -- Am I late?
Your mother is at home. -- Is your mother at home?
Your parents are at home. -- Are your parents at home?
 
Yuxarıdakı misallardan da göründüyü kimi am/is/are feli
cümlənin əvvəlinə keçir və cümlənin mübtədası ondan sonra gəlir. Digər
cümlə üzvləri isə mübtədadan sonra gəlir. Mübtəda ilə birbaşa əlaqəsi
olan təyin və tamamlıq mübtədadan əvvəl gələ bilər:
 
The red book is on the table. -- Is the red book on the table.
 
Where ... ? / What ... ? / Who ... ? / How ... ? / Why ... ? və
s. sual əvəzlikləri işlənən sual cümlələrində ilk olaraq müvafiq sual
əvəzliyi gəlir, daha sonra sual cümləsi yuxarıda yazılan qaydada davam
edir. Sual əvəzliynin yönəldiyi cümlə üzvü sual cümləsində istifadə
olunmur.
 
His mother is at home. -- Where is your mother? (Where is your mother at home? -- yox )
 
Bəzi
hallarda sual əvəzliyi istifadə etmək üçün ondan sonra başqa bir sözün
gəlməsi tələb olunur. Belə olan halda sual əvəzliyi, lazım olan söz və
daha sonra adi söz sırası vasitəsilə sual cümləsi qurulur.
 
Their car is brown. -- What colour is their car?
 
What is adətən qısaldılaraq What's; Who is -- Who's; How is -- How's; Where is -- Where'sşəklində
işlənir. Əlbəttə ki, digər qısaltmalar da istisna olunmur, sadəcə daha
çox yuxarıda göstərilən qısaltmalardan istifadə olunur.
 
What's the time ?
Who's that man?
Where's Jill?
How's your father?
 
Am/is/are
ilə verilən suallara sadəcə olaraq YES və ya NO ilə cavab vermək olmaz.
Düzgün qısa cavab üçün aşağıdakı cədvəldəki formalardan istifadə etmək
olar:
 




Tək - Singular

Cəm - Plural



Təsdiq - Positive

İnkar - Negative

Təsdiq - Positive

İnkar - Negative



Yes, I am.

No, I am not.

Yes, we are.

No, we are not.



Yes, you are.

No, you are not.

Yes, you are.

No, you are not



Yes, he/she/it is.

No, he/she/it is not.

Yes, they are.

No, they are not.



To go
İngilis dilindəki to go feli bir yerdən başqa bir yerə doğru hərəkət etmək, getmək mənası verir.
 
I go to work by bike. -- (Mən işə velosipedlə gedirəm.)
My brother goes by car. -- (Mənim qardaşım maşınla gedir.)
We went to Paris last summer. -- (Biz bu yay Parisə getdik.)
Shall we go to the swimming pool today? -- (Biz bu gün üzgüçülük hovuzuna gedəciyik?)
 
Müəyyən
bir yerə hər hansı bir nəqliyyat vasitəsi ilə və ya piyada gedə
bilərik. Hər hansı bir nəqliyyat vasitəsi ilə gediriksə, sadəcə onun
adını yaza bilərik.
 
Is this train going to Granada? -- (Bu qatarq Qranadaya gedir?)
 
Əgər piyada gediriksə onda to go felinin əvəzinə to walk felindən də istifadə edə bilərik.
 
We're walking to work this morning. = We're going to work on foot this morning. -- (Biz bu səhər işə piyada gedirik.)
 
To go felindən sonra sözönülər istifadə etsək, onda bu fel müxtəlif mənalar verir.
 
To go in (into) -- Tom went in (into) his room and shut the door. -- ( Tom öz otağına daxil oldu və qapını bağladı.)
To go out of -- Yuko went out of the house and into the garden. -- (Yuko öz otağından çıxdı və bağçaya getdi.)
To go up -- Rani was tired. He went up the stairs slowly. -- (Rani yorğun idi. O, yavaşca yuxarı mərtəbəyə qalxdı.)
To go down -- The phone was ringing. She went down the stairs quickly. -- (Telefon zəng çalırdı. O, tez aşağı mərtəbəyə düşdü.)
To go away -- He went away and left us alone. -- (O, çıxıb getdi və bizi tək buraxdı.)
To go back -- I'm going back home this evening. -- (Məb bugün axşam evə qayıdıram.)
 
Be going to birləşməsi isə çox vaxt gələcək planları ifadə etmək üçün istifadə olunur:
 
On Saturday Jane is going to visit her aunt. (Şənbə Ceyn öz xalasına baş çəkmək istəyir/baş çəkməyə hazırlaşır.)
On Sunday we're going to stay at home. (Bazar günü biz evdə qalmaq istəyirik/evdə qalmağıplanlaşdırırıq.)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!