İngilis dili dərsləri (3. dərs)

İngilis dili dərsləri (3. dərs)
Dərslər
10.09.2017 24
İndiki davamedici zaman hər hansı bir hadisənin indi baş verdiyini bildirmək üçün istifadə olunur.  
She's eating. -- O yemək yeyir. (O, indi yemək yeyir.)
It's raining. -- Yağış yağır. (Yağış indi yağır.)
They're running. -- Onlar qaçırlar. (Onlar hal-hazırda qaçırlar.)
  
İndiki davamedici zaman am/is/are fel ing şəkilçisi qaydasına əsasən düzəlir.
  




Şəxs əvəzliyi

am/is/are

inkar şəkilçisi

indiki davamedici zaman şəkilçisi

Misallar:



I

am

not

-ing

I'm working.
I'm not working.



he

is

not

-ing

Chris is writing a letter.
Chris isn't writing a letter.



she

is

not

-ing

She's eating.
She is not eating.



it

is

not

-ing

The phone is ringing.
The phone's not ringing.



we

are

not

-ing

We're having dinner.
We aren't having dinner.



you

are

not

-ing

You are listening to me.
You're not listening to me.



they

are

not

-ing

The children are doing their homework.
The children are not doing their homework.



  


Qeyd: Əgər felin sonu "e" hərfi ilə bitirsə, bu hərf atılır və sonra -ing şəkilçisi əlavə olunur. Məsələn: come -> coming; dance -> dancing. Əgər təkhecalı, qısa feldirsə vəsonu samitlə bitirsə bu samit qoşalaşır və daha sonra -ing şəkilçisi əlavə olunur. Məsələn: run -> running; swim -> swimming. Əgər felin sonu "ie" hərfləri ilə bitirsə onda bu hərflər atılır "y" hərfi əlavə olunur və daha sonra -ing şəkilçisi əlavə olunur. Məsələn lie -> lying.
  
İndiki davam edici zaman üçün spesifik olan bir sıra sözlər mövcuddur:look,  listen,  now,  at the moment,  still,  at present və s.
Look! He is jumping over the river.

Listen! Is baby crying?

They are watching TV now.

Children are playing checkers at the moment.

I`m still cooking a dinner.

He`s working on this project at present.
 
To do feli
İngilis dilində to do feli
həm əsas fel kimi, həm də köməkçi fel kimi işlənə bilər. Köməkçi fel
kimi o, digər əsas fellərin sual və inkar formasını düzəlmək üçün
işlənir. Əsas fel kimi isə əsasən etməkmənasını verir.
 
To do feli köməkçi fel kimi:
 
Do you like tennis? (Sən tenisi xoşlayırsan?) -- Yes I do. (Bəli.)
Did they like the film? (Onlar filmi xoşladılar?) -- Yes, they did. (Bəli.)
I don't like to go to school. (Mən məktəbə getməyi xoşlamıram).
 
To do feli əsas fel kimi:
 
What do you do to relax? (Dincəlmək üçün nə edirsən?) -- I listen to music. (Musiqiyə qulaq asıram.)
Don't do that, Tommy. (Tommi, onu eləmə.)
What are the people in the picture doing? (Şəkildəki insanlar nə edirlər?) -- They're dancing.(Onlar rəqs edirlər.)
 
What do you do? ifadəsi əsasən sən hansı peşənin sahibisən deməkdir.
 
What do you do? -- I'm a teacher. (Mən müəlliməm.)
What does your sister do? -- She's a doctor. (O, həkimdir.)
 
Elə ifadələr var ki, orada məhz to do feli işlənir. Burada to do feli başqa mənalar da daşıya bilər. Bu ifadələrə aiddir:
 
do the housework -- ev işlərini etmək
do the gardening -- bağcılıq fəaliyyəti ilə məşğul olmaq
do the washing -- paltar yumaq
do the washing up -- qab-qacaq yumaq
do your homework -- ev tapşırığını etmək
do some exercises -- biraz çalışma etmək
do an exam -- imtahan vermək
do business with -- kiminləsə iş görmək
do your best -- əlindən gələni etmək
 
Misallara baxaq:
 
Did you do the washing up this morning? -- Sən bu səhər qab-qacağı yudun?
Our company does a lot of business with the USA. -- Bizim şirkət ABŞ-la çoxlu iş görür.
The homework exercise is very difficult - just do your best. -- Ev tapşırıqları çox çətindi - sadəcə əlindən gələni et.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!