İngilis dili dərsləri (5. dərs)

İngilis dili dərsləri (5. dərs)
Dərslər
10.09.2017 47
İndiki zaman fellərə -s, -es şəkilçisi artırılmaqla və ya tam şəkilçisiz düzəlir. Aşağıdakı cədvəldə baxaq:
 




I

read

We

do



You

go

You

work



He/She/It

likes

They

listen





I work in a shop. My brother works in a bank.

Linda lives in London. Her parents live in Scotland.

It rains a lot in winter.[/b]
Qeyd: -es şəkilçisi -s / -sh / -ch ilə bitən sözlərin sonuna əlavə olunur: pass —> passes, finish —> finishes, watch —> watches.

-y hərfi ilə bitən sözlərdə bu hərf atılır və indiki zaman şəkilçisi -ies formasında əlavə olunur: study —> studies, try —> tries.

Bəzi sözlər var ki, onlarla istisna hal kimi -es şəkilçisi işlənir: do —> does, go —> goes.


İndiki zaman formasından əsasən ümumi olan anlayışları, bəzən və ya
həmişə baş verən hərəkətləri bildirmək üçün istifadə edirik:
The shops open at 9 o'clock and close at 5.30.

Tim works very hard. He starts at 7.30 and finishes at 8 o'clock in the evening.

The Earth goes round the Sun.


İndiki zaman üçün səciyyəvi olan bir sıra sözlər mövcuddur: always / never /often / sometimes / usually və s.
Sue always arrives at work early. (Sue arrives always -- yox)

I usually go to work by car but sometimes I walk. (I go usually -- yox)

Julia never eats breakfast.

Tom lives near us. We often see him.
 

To come feli
Bir çox hallarda to come felini to go feli ilə səhv salırlar, mənaları hərəkətlə - gəlmək-getmək ilə bağlı olduğu üçün. Lakin onlar fərqli mənalara malikdirlər:
To go -- buradan --> oraya
To come -- oradan --> buraya


Come in / come out:


Come in içəri daxil olmaq mənasi verir. Adətən qapı döyülən zaman bu ifadədən istifadə olunur:
Come out isə come in ifadəsinin tam əksidir və bayıra çıxmaq mənası verir:
A woman came out of the shop with two big bags. -- Qadın mağazadan iki böyük torba ilə çıxdı.


Come back / come home:
Come back bu yerə qayıtmaq deməkdir.
She went away for three days. She came back yesterday. -- O, üç günlük getdi. O, dünən qayıtdı.
Come back ifadəsi əsasən daha çox from sözü ilə işlənir:
They came back from Italy yesterday. -- Onlar dünən İtaliyadan qayıtdılar.
Come home ifadəsi də evə qayıtmaq mənasını verir:
What time did you come home last night? -- Dünən gecə evə nə vaxt qayıtdın?


To come feli ilə bağlı bəzi qeydlər:
A: What country do you come from? -- Siz hansı ölkədən gəlirsiz? və ya Siz hansı ölkədənsiniz? 

B: I come from Norway. və ya I'm from Norway. -- Mən Norveçdən gəlirəm. və ya Mən Norveçliyəm.
We're going to a cinema tonight. Do you want to come along? -- Biz axşam kinoteatra gedirik. Bizimlə gəlmək istəyirsən?
Come and see me some time. -- Hərdən gəl məni ziyarət et.[/b][/b][/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!