Ərəb dili (1. dərs)

Ərəb dili (1. dərs)
Dərslər
10.09.2017 23




Sami
dillərinin Cənub qrupunun Şimal bölməsinə daxil  olan  və vaxtı ilə
yalnız Ərəb yarmadasında işlək olan ərəb  dili hal-hazırda BMT-nin altı
rəsmi işlək  dilindən biridir.Ərəb dili tarixən üç inkişaf mərhələsi
–qədim ,kalssik və müasir mərhələləri keçmişdir. Ərəb dili flektiv
dillər qrupuna məxsusdur.Bu dilin zənginliyinə dəlalət edən məqamlardan
biri zəngin söz ehtiyatına malik olması ilə yanaşı həm də dilin öz
daxili qramatik imkanları hesabınadır.Misal olaraq dildə isim qrupundan
sayılan sifət ,say kimi niqt hissələrinin iki qramatik cinsə,  üç
qramatik saya malik olmasını  və iki hallı və üç hallı olmaqla üç cür
hallanmasını göstərmək olar.Qeyd etmək yerinə düşərdi ki, dünyada ərəb
dilinin tədrisi hal-hazırda iki üsul ilə həyata keçirilir.Birinci və ən
qədim üsul, klassik ərəb dili ənənələrinə sadiq qalaraq klassik ərəb
dili üsuludur.İkinci üsul isə Avropa tədris üsuludur ki,bu üsulda da
ölkəmizdə ilk dəfə kitab təlif etmiş Azərbaycanlı alim Ələsgər Məmmədov
olmuşdur.Lakin avropa tədris üsulunun bir sıra zərərli tərəfli vardır
ki,bu üsulu tərcih etməmək daha məqsədə uyğundur.
    
20 ci əsrin dilçi alimlərindən olan Ğaleyeyninin (ra) yazdığına görə
ərəbləri öz dillərinin qramatikasına dair kitab yazmaqa məcbur edən amil
dillərinin başqa millətlərin dillərinə qarışıb zay olma qorxusu
olmuşdur.Ğaleyeyni yazır:
لما
خشي أهل العربية من ضياعها بعد أن اختلطوا بالأعاجم دونوها في المعاجم و
أصلوا لها أصولا تحفظها من الخطأ و تسمى هذه الأصول العلوم العربية.
"(Ərəblərin)
əcəmilər ilə qaynayıb- qarışmalarından sonra ərəb dilçiləri dilin zay
olmasından qorxduqları zaman onu lüğətlərə qeyd etdilər və dil üçün onu
xətadan qoruyan üsullar təyin etdilər .Bu üsullar (isə) "əl-ulum
əl-arabiyyə” adlanır.”
 
Hər
bir dildə olduqu kimi ərəb dili də morfologiya və sentaksis adı altında
iki qismi bölünmüşdür.Lakin ilk öncələr "nahv” kəliməsi morfologiya və
sentaksisi ehtiva etmiş geniş anlamda işlənirdi.Miladi 9-cu əsrdə isə
morfologiya sarf adı altında yeni bir sahə kimi meydana gəldi. Tarixi
qaynaqlarda dilin qramatik yöndən ilk qurucusunun Əbul-Əsvad əd-Duəli
olması qeyd edilmişdir.Onun isə bu işə Əli bin Əbi Talib (ra) tərəfindən
təşviq edildiyi zikr edilməkdədir.Bunun ilə yanaşı hər nə qədər nahv
elminin qurucularının Abdurrahman bin Hurmuz ilə Nasr bin Asim
əl-Leysinin olduqları söylənilsə də onların da nahv elmini Əbul Əsvaddan
öyrəndikləri bilinməkdədir.Ərəb dilinin qramatikasının yazılması və dil
haqqında geniş mülahizələr və lüğətlərin tərtibatı ilk öncə iki
şəhərdə-Bəsrə və Kufə şəhərlərində gerçəkləşmişdi.Bu şəhərlər dil üçün
bir məktəb rolunu oynayırdı.Bəsrə məktəbi ilk və ən qüvvətli məktəb
idi.Bu məktəbin qurucusu olan Əbul Əsvəd bir çox tələbələr
yetişdirmişdir.Rəvayətə  görə dilçilik sahəsində ən qədim əsər müəllifi 
Bəsrə məktəbinin məzunlarından olan İsa bin Omar əs-Saqafiyə aiddir.O,
Abdullah bin Əbi İshaqın tələbəsi olmuşdur.Lakin onun yazdıqı Kitab
əl-Cami və Kitab əl-Mikəmməl isimli kitabları dövrümüzə qədər gəlib
çatmamışdır.Lakin tələbəsi olan Əl-Xalil bin Əhmədin təlif etdiyi  Kitab
əl-ayn adlı lüğəti bizə gəlib çatmışdır.Bu məktəbin Sibaveyhi ,Əxfəş
,Ebu Ubeydə,Əl-Əsmai və sair alimləri olmuşdur.
Bəsrə
məktəbi  Sibaveyhinin başçılığı altında fəaliyyət göstərərkən Kufədə
Əbu Cəfər bin Muhamməd bin Əbi Sara adlı alimin başçılığı altında yeni
bir məktəb- Kufə məktəbi  quruldu.Bu məktəbin ən məhşurlarından Ər-Ruasi
,əl-Kisai ,əl-Fərra ,İbn Siqqit ,əl-Mufaddal əd-Dabbi kimi alimləri
misal çəkmək olar.Sonrakı əsrlərdə isə Bağdad ,Əndəlus,Misr dil
məktəbləri qurulmuşdur və bu məktəblərin də dil sahəsində öz xidmətləri
olmuşdur.
Ərəb əlifbasında 28 hərf mövcuddur.Onlar aşağıdakılardır.
ا –Əlif. Bu hərf müstəqil heç bir səsə malik deyildir.Əksərən fəthəsi olan özündən əvvəl gələn hərfin sait səsini uzadır.Məsələn : قَادِمٌ –Qa’dimun.-Gələn.
ب –Bə.Bu hərfin azərbaycan dilində qarşılıqı b hərfidir.
ت –Tə.Azərbaycan dilində qarşılıqı te hərfidir.
ث –Azərbaycan dilində qarşılıqı se hərfidir.Lakin bu hərf tələfüz edilərkən dilin ucu azacıq dişlərdən önə çıxmalıdır.
ج- Cim .Qarşılıqı c hərfidir.
ح-Ha.Qarşılıqı he hərfidir.Boğaz tamamən açıqkən səs telləri sığışdırılraq qırtlaqdan çıxarılır.
خ-Xa.Qarşılıqı xe hərfidir.
د - Dəl .Qarşılıqı d hərfidir
ذ –Zəl.Qarşılıqı z hərfidir.Tələffüz edilərkən dil azaçıq ön dişlərdən önə çıxmalıdır.
ر- Ra.qarşılıqı r hərfidir.
ز –Zeyn .Qarşılıqı z hərfidir.
س –Sin .Qarşılıqı s hərfidir.
ش Şin. Qarşılıqı ş hərfidir.
ص Sad .Qarşılıqı S hərfidir.Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.
ض Dad.Qarşılıqı d hərfidir. Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.
ط Ta .Qrşılıqı t hərfidir. Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.
ظ Za.Qarşılıqı z hərfidir. Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.
ع-Ayn
.Bu hərfin qarşılıqı azərbaycan dilində yoxdur.Yazıda isə onun necə
səslənməsini izah etmək mümkün deyil.Sadəcə onu demək olar ki. Bu hərfin
fəthəsi a hərfi kimi oxunur.
غ-ğayn.Qarşılıqı ğ hərfidir. Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.
ف- Fə.Qarşılıqı f hərfidir.
ق Qaf.qarşılıqı q hərfidir. Bu hərfin üzərində fəthə (ə saiti) olarsa ,fəthə a saiti kimi oxunacaq.
ك Kəf.Qarşılıqı k hərfidir.
ل Ləm.Qarşılıqı L hərfidir.
م Mim. Qarşılıqı m hərfidir.
ن Nun. Qarşılıqı n hərfidir.
ه Hə.Qarşılıqı h hərfidir.
و Vav.Qarşılıqı v hərfidir.
ي Yə.Qarşılıqı y hərfidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!