Ərəb dili (6. dərs)

Ərəb dili (6. dərs)
Dərslər
10.09.2017 7




Qeyd olunan
(muxatab) şəxs üzrə felin məlum növünün əmr formasının təsdiqini
düzəltmək üçün diqqət ediləsi vacib olan məsələ feilin tipik
saitidir.Məhz feilin tipik saitindən istifadə etmək ilə onun ikinci şəxs
üzrə məlum növünün əmr formasının təsdiqi düzəldilir.Tipik saitin
müxtəlifliyindən asılı olaraq ikinci şəxs üzrə məlum əmr formasının
təsdiqinin düzəldilməsi üçün üç növ model təqdim oluna bilər.Bu
modellərdən hansının ikinci kök hərfinin hərəkəsi felin tipik saiti ilə
uyqunluq təşkil edərsə, felin məlum əmr formasının təsdiqinin
düzəldilməsində həmin model dən istifadə edilər.Öncəki dərslərimizin
birində feillərin tipik saitlərinin ya fəthə(ə ) ya kəsrə(i) ya da ki
dammə (u) olduqunu öyrənmişdik.Tipik saitin müxtəlifliyindən asılı
olaraq əmələ gəlmiş üç model aşağıdakılardır.
إِفْعِلْ-1
إِفْعَلْ2
اُفْعُلْ3
Bir rəqəmi ilə nömrələnmiş إِفْعِلْ modeli
tipik saiti kəsrə (i) olan feillərin ikinci şəxs üzrə məlum növ əmr
formasının təsdiqini düzəltmək üçün istifadə edilir.Məsəslən: ضَرَبَ –vurdu – feilinin tipik saiti kəsrə (i) olduqu üçün bu feilin əmr forması إِفْعِلْ –modelindən istifadə etmək ilə düzəlir.Məsələn : إِضْرِبْ –vur.Həmçinin tipik saiti fəthə olan feillərin əmr forması إِفْعَلْ modeli üzrə ,tipik saiti dammə (u) olan feillərin əmr forması isə اُفْعُلْ modeli üzrə düzəlir.Məsələn سَمِعَ (ə) = إِسْمَعْ ,
دَخَلَ (u) = أُدْخُلْ
Qeyd edək ki,
verilən model misalları yalnız kəmiyyətcə ikinci şəxsin təkinə cins
baxımından isə kişi cinsinə aiddir.İkinci şəxsin kişi və qadın cinsinin
digər kəmiyyətlər üzrə əmr forması aşağıdakı kimi düzəlir.
Cüt şəxs kişi cinsi - Cəm şəxs kişi cinsi - Tək şəsx kişi cinsi
إِضْرِبُوا إِضْرِبَا إِضْرِبْ
(Siz ikiniz) vurun Vurun Vur


 
Cüt şəxs kişi cinsi Cəm şəxs qadın cinsi Tək şəxs qadın cinsi
إِضْرِبِي إِضْرِبْنَ إِضْرِبَا
(siz ikiniz) Vurunuz Vurun Vurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!