Ərəb dili (8. dərs)

Ərəb dili (8. dərs)
Dərslər
10.09.2017 13




Səlim növ feillərin məchul əmr forması.
Hər üç şəxs üzrə indiki zamanın məchul növündə olan feillərin önünə ləm əl-əmr (لِ)ədatı
artırmaq ilə səlim növ feillərin məchul əmr forması düzəldilir.Bu zaman
şəxslərə müvafiq olaraq feillərin sonu bəzən sukunlanır bəzən də feilin
sonuna birləşən zaid (kökdən sayılmayan) hərflərdən biri ixtisar
olunur.Bir sözlə mütəaddi (təsirli) bir feilini məchul əmr formasında
işlətmək üçün لِيُفْعَلْ modeli örnək kimi göz önünə alınmalıdır.Verilmiş modeldən istifadə edərək ضَرَبَ feilinin məchul əmr formasını şəxslər üzrə təsrif edək.
Müfrəd (tək)
لِأُضْرَبْ
لِتُضْرَبْ – لِتُضْرَبِي
لِيُضْرَبْ – لِتُضْرَبْ
vurulum
vurul-vurul
vurulsun - vurulsun
Cəm
لِنُضْرَبْ
لِتُضْرَبُوا – لِتُضْرَبْنَ
لِيُضْرَبُوا – لِيُضْرَبْنَ
vurulaq
vurulun – vurulun
vurulsunlar - vurulsunlar
Təsniyə(cüt)
لِنُضْرَبْ - لِنُضْرَبْ
لِتُضْرَبَا – لِتُضْرَبَا
لِيُضْرَبَا – لِتُضْرَبَا
(biz ikimiz) vurulaq -(biz ikimiz) vurulaq -
(siz ikiniz)vurulunuz - (siz ikiniz)vurulunuz
(O ikisi ) vurulsunlar - (O ikisi ) vurulsunlarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!