Ərəb dili (11. dərs)

Ərəb dili (11. dərs)
Dərslər
10.09.2017 15








Ərəb dilində iki növ təkid nunu vardır.
 
1.ağır təkid nunu. نَّ
2.yüngül təkid nunu.نْ
"Ağır,  təkidli nun”-una  النون المؤكدة الثقيلةdeyilir.”Yüngül, təkidli nun”-nuna isə النون المؤكدة الخفيفة deyilir.”Təkid
nun”-ları  yalnız (təsdiq və  nadirən inkar formada olan)  indiki zaman
feillərinin və (təsdiq və inkar)əmr formasında olan feillərin sonuna
birləşdirilir.Təkid nunu birləşmiş feil məna baxımından
qətilik,mütləqlik ifadə edir.Təkid nunu feilin sonuna birləşərkən feilin
sonunda bəzi dəyişikliklər baş verir.Əgər feilin sonunda zaid
(feilin kökündən olmayan) hərflər varsa, onlar düşür.İkinci və üçüncü
şəxsin təsniyəsində isə yalnız sondakı təsniyə əlifi zaid hərf olmağına
baxmayaraq, saxlanılır,sonuncu nun hərfi düşür. Birinci şəxsin təki,cəmi
və təsniyəsinə təkid nunu artırıldıqda bu zaman feilin əsli hərflərinin
sonuncusu fəthə qəbul edir.Həmçinin bu cür dəyişiklik ikinci və üçüncü
şəxsin kişi cinsinin tək formasında da  baş verir.İkinci şəxsin təki
qadın cinsində,ikinci və üçüncü  şəxsin cəminin  kişi cinsində nun
hərfləri  və əslində zamir olan, cəmlik bildirən vav hərfləri düşür
.Mutəkəllim şəxsin kişi və qadın cinsinin tək,cüt,cəm şəxslərini,ikinci
şəxsin(muxatab) kişi cinsinin təkini , üçüncü şəxsin(ğaib) kişi və qadın
cinsinin təkini  çıxmaq şərti ilə, yerdə qalan şəxslərə  "təkid nun-”u 
birləşərkən felin sonuncu əsli hərfinin hərəkəsi fəthə yox,zaid hərf
düşəndən sonra əsli hərfin hərəkəsi nədirsə ,o cür də qalır.Lakin bir
şeyi nəzərə almaq lazımdır ki, ikinci və üçüncü şəxsin qadın cinsinin
cəmi məbni (tərpənməz) olduğu üçün ,bu şəxslərə "ağır təkid nun”-u
birləşəndə heç bir zaid hərf düşməz,feilin sonu fəthə ilə qurtardığı 
halda , "ağır təkid nun”-una birləşər.Bü bu tün qaydalara əmr formasında
da riayət edilər.
Qeyd: İkinci və üçüncü şəxsin qadın və kişi cinsinin təsniyələrinə və
ikinci və üçüncü şəxsin qadın cinsinin cəminə ağır təkid nunu
birləşərkən təkid nunu-nun fəthəsi kəsrə ilə əvəz edilir(نِّ).Bundan
əlavə ağır təkid nunu qadın cinsinin ikinci və üçüncü şəxsinin cəminə
birləşərkən feilin sonundakı "nun ən-nisva” ilə ağır təkidli nun-un
arasına bir əlif daxil olur.
أفْعَلَنَّ
تَفْعَلَنَّ – تَفْعَلِنَّ
يَفْعَلَنَّ – تَفْعَلَنَّ
نَفْعَلَنَّ
تَفْعَلَانِّ - تَفْعَلَانِّ
يَفْعَلَانِّ – تَفْعَلَانِّ
نَفْعَلَنَّ
تَفْعَلُنَّ – تَفْعَلْنَانِّ
يَفْعَلُنَّ – يَفْعَلْنَانِّскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!