Fransız dili - Müəyyən artikl (4. dərs)

Fransız dili - Müəyyən artikl (4. dərs)
Dərslər
10.09.2017 20
Müəyyən artiklların aşağıdakı formaları var:

1) LE - bu artikl tək halda olan,samitlə başlayan kişi cinsli isimlərin qarşısında işlənir.Məsələn: le crayon - dəftər, le stylo - avtoqələm.

2) LA - bu artikl tək halda olan, samitlə başlayan qadın cinsli isimlərin qarşısında işlənir.Məsələn: la tristesse - kədər,la table - stol.

3) L ' - bu artikl tək halda olan,sait və " h " hərfi ilə başlayan həm kişi,həm qadın cinsli isimlərin qarşısında işlənir.Məsələn: l'école - məktəb,l'arbre - ağac.

4) LES - bu artikl cəm halda olan həm kişi,həm də qadın cinsli isimlərin qarşısında işlənir.Məsələn: les crayons - karandaşlar,les tables - stollar.



Müəyyən artikl ismin həm danışan,həm dinləyən üçün müəyyən olduğunu bildirir.Müəyyən artikla aşağıdakı hallarda rast gəlmək olar:

1) Sayılan isimlərdən əvvəl işlədilir,əşyanın danışan tərəfindən müəyyən bir əşya kimi düşünüldüyünü göstərir.

2) Sayılmayan isimlərdən əvvəl işlədilir,əşyanın və abstrakt məfhumun ən ümumi,geniş mənada düşünüldüyünü göstərir.

3) " la lune " - ay, " le soleil " - günəş və bu kimi tək olan isimlər,adətən,müəyyən artiklla işlədilir.



Müəyyən artiklla işlədilmiş isim Azərbaycan dilinə bir çox yollarla tərcümə olunur:

1) Cümlədə müəyyən artiklla işlədilmiş isim vasitəsiz tamamlıq olduqda,tərcümə zamanı həmin isim təsirli halın şəkilçisini qəbul edir.

2) Müəyyən artiklla işlədilmiş isim təyin olduqda,Azərbaycan dilinə təyin etdiyi isimlə birlikdə III növ təyini söz birləşməsi kimi tərcümə edilir.

3) Fransız dilində,bəzi hallarda,artikl vasitəsi ilə ifadə olunmuş müəyyənlik Azərbaycan dilinə isimin mümkün qədər xəbərdən uzaq yerləşməsi ilə bildirilir.

4) Bir çox hallarda isə fransız dilində artiklla bildirilən müəyyənlik Azərbaycan dilində yalnız geniş mətn vasitəsi ilə ifadə olnur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!