Fransız dili - Hissə bildirən artikl (6. dərs)

Fransız dili - Hissə bildirən artikl (6. dərs)
Dərslər
10.09.2017 28
Hissə bildirən artiklın aşağıdakı formaları var:

1) DU - bu artikl tək halda olan sayılmayan kişi cinsli isimlərin qarşısında işlədilir.Məsələn:Sur la table il ya du pain- stolun üstündə çörək var.

2) DE LA - bu artikl tək halda olan sayılmayan qadın cinsli isimlərin qarşısında işlədilir.Məsələn: İl demande de la viande - O,ət istəyir.

3) DE L' - bu artikl tək halda olan,sait  və " h " hərfi ilə başlayan sayılmayan həm kişi,həm də qadın cinsli isimlərin qarşısında işlədilir.Məsələn:Donnez - lui de



l'eau! - Ona su verin!.

Hissə bildirən artiklın cəm forması yoxdur.Hissə bildirən artikl maddə bildirən isimlərdən və mücərrəd adlardan əvvəl yerləşərək həmin isimlərin qeyri - müəyyənliyini bildirən köməkçi sözdür.Məsələn:İl achéte de la viande - O,ət alır,il a du courage - o,cəsarətlidir.

Hissə bildirən artikl yalnız sayılmayan isimlərin qarşısında işlədilir.Hissə bildirən artikl sayıla bilən isimlərdən əvvəl işlədildikdə,həmin isimlərin mənasını dəyişir, və onları sayılmayan isimə çevirir.Məsələn: le mouton - qoyun,du mouton - qoyun əti,скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!