İspan dili - Ümumi məlumat və giriş (1. dərs)

İspan dili - Ümumi məlumat və giriş (1. dərs)
Dərslər
10.09.2017 38
 
Hər gün ən azı bir saatınızı dil öyrənməyə sərf etsəniz belə bu sizə kifayət edəcək. Təbii ki, yeni dilləri götürmə qabiliyyətindən də çox şey asılıdır. Bacardığınız qədər isə praktika edin. Danışmağa heç kim olmasa belə siz, özünüz-özünüz ilə danışın və unutmayın ki, bir yeni dili öyrənmək üçün səbr mütləqdir. Bir anın içində heç bir şey baş vermir.
İlk öncə İspan dili haqqında qısa məlumat, dilin quruluşu və dildə işlənən əsas ifadələr haqqında məlumat verməyi düşünürəm.

Məncə artıq başlayaq.
İlk öncə onu qeyd etməliyəm ki, İspan dili dünyada ən çox danışılan üçüncü dildir. Dilin yayılma coğrafiyası əsasən Cənub-qərbi Avropa və Şimali-Cənubi Amerika qitələridir. Təxmini rəqəmlərə əsasən yer üzərində 500.000.000a yaxın insan ispanca bilir, danışır. Eyni zamanda İspan dili, bir çox ölkədə rəsmi dil olaraq qəbul edilmişdir. Məsələn; İspaniya, Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr.
İndi isə İspan dilində istifadə edilən bəzi vacib ifadələr haqqında məlumat verim. İlkin olaraq bu ifadələr vasitəsi ilə dil haqqında məlumat toplamaq üçün istifadə edə bilərsiniz. Məsələn aşağıda salamlama, sağollaşma və minnətdarlıq bildirən zaman istifadə edilən əsas ifadələri yazmışam.


Salamlama və sağollaşma

Xoş gəlmisiniz  – Bienvenidos

Salam  – Hola

Sabahınız xeyir  – Buenos dias

Necəsən? – ¿Como estas?/¿Que tal?  

Necəsiniz? –  ¿Como esta?

Yaxşı  – Bien

Çox yaxşı – Muy bien

Pis – Mal

Çox pis  – Muy mal

Gecəniz xeyrə qarşı – Buenos noches

Gedək – Vamos

Buyurun – Por favor

Görüşərik  – Hasta la vista/Hasta lügo

Hələlik – Adios


Minnətdarlıq bildirmə

Təşəkkürlər– Gracias

Xüsusi təşəkkürlər – Muchas gracias

Üzr istəyirəm – Perdon


Təbii ki, bir dildə əsas olan şeylərdən biri də şəxs əvəzlikləridir. Aşağıda bu haqqda məlumat vermişəm.
Şəxs əvəzlikləri 
Mən – Yo

Sən – Tu/Vos

O – El (k), Ella (q)

Biz – Nosotros (k), Nosotras (q)

Siz – Vosotros (k), Vosotras (q)

Onlar – Ellos (k), Ellas (q)


və İspan dilində mövcud olan, digər, bəzi əsas ifadələr də aşağıdakılardır.


Digər ifadələr
Qız (uşaq) – La hija

Oğlan (uşaq) – El hijo

Ana – La madre

Ata – El padre

Dost – El amigo (k), La amiga (q)

Biraz – Un poco

Pul – Dinero

Çox – Mucho

Hamısı – Todo

Yaxşı – ¡De acuerdo!, ¡Esta bien!


Bu günlük son olaraq İspan dilində mövcud olanda cəm şəkilçisi haqqında məlumat verim.

Əgər mövcud ismin sonluğunda sait varsa sözün sonuna -s şəkilçisi əlavə edilməlidir. Məsələn;


İnsan – Hombre

İnsanlar – Hombres

Tələbə – Alumno

Tələbələr – Alumnos

Ev – Casa

Evlər – Casas

Qız – Chica

Qızlar – Chicas


Bu haqqda kiçik bir nümunə də verim. Məsələn deyək ki, qızları salamlayırsınız. Bu zaman necə istifadə edəcəksiniz?
Salam xanım – Hola chica

Salam xanımlar – Hola chicas


Az öncə də dediyim kimi əgər ismin son hərfi saitdirsə o zaman ismin sonuna -s şəkilçisi əlavə edilir. Əgər ismin son hərfi samitdirsə, o zaman isminsonuna -es şəkilçisi əlavə edilməlidir. Məsələn;
Qadın – Mujer

Qadınlar – Mujeres

Ağac – Arbol

Ağaclar – Arboles



Hörmətlə; Rasul Mammadliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!