İspan dili - Qrammatika (2. dərs)

İspan dili - Qrammatika (2. dərs)
Dərslər
10.09.2017 14
İspan dilininin qrammatikasına əsasən, isimlər cins olaraq (qadın və kişi olmaqla) iki hissəyə bölünür.

İspan dilində isimlər, ədatlar ilə istifadə olunur ki, bu ədatlar həmin ismin hansı cinsə aid olduğunu bizlərə bildirir. Sizə qarışıq görünə bilər, amma əslində olduqca sadədir. İndi bunu, sadalayacağım nümunələr ilə daha da sadələşdirməyə çalışacam.



Müəyyən və qeyri-müəyyən təsvir ədatları

Müəyyən təsvir ədatı, ingilis dilində olan "the” ilə eyni funksiyanı daşıyır. Yəni əgər bizim, danışıqda istifadə etdiyimiz isim haqqında öncədən məlumatımız varsa, onu müəyyən təsvir ədatı ilə işlədirik. Bu ədat özü də cinslərə görə dəyişir.

Kişi cinsi üçün:  Təkdə "El”, cəmdə isə "Los” olur.

Qadın cinsi üçün: Təkdə "La”, cəmdə isə "Las” olur.

Qeyri müəyyən təsvir ədatı isə ingilis dilində olan "a” ilə eyni funksiyanı daşıyır. Yəni əgər bizim danışıqda istifadə etdiyimiz isim haqqında öncədən məlumatımız yoxdursa, onu qeyri-müəyyən təsvir ədatı ilə işlədirik. Bu ədat da digər ədat kimi cinsə görə dəyişir.

Kişi cinsi üçün: Təkdə "Un”, cəmdə isə "Unos” olur.

Qadın cinsi üçün: Təkda "Una”, cəmdə isə "Unas” olur.

İndi isə yuxarıdakılara aid nümunələri görək;

El libro que me gusta.

____________________

*Bəyəndiyim kitab.

Bu cümlədə haqqında danışdığımız kitab haqqında məlumatımız var. Bu səbəbdən kitabın (libro) qarşısında "El” (müəyyən təsvir) ədatını istifadə edirik.

Un libro.

_______________________

*Kitab.

Bu cümlədə isə hər hansı bir kitab haqqında danışdığımız üçün kitabın qarşısında"Un” (qeyri-müəyyən təsvir) ədatını istifadə etdik.

Əgər isim cəm halındadırsa, təsvir ədatı da cəm halında olmalıdır. (Əgər isimləri cəm halına necə salmağı unutmusunzsa, burada "Şəxs əvəzlikləri” hissəsini oxuyun.) Buna aid bir neçə nümunə göstərək;

Los libros que me gusta.

_______________________

*Bəyəndiyim kitablar.

Unos libros.

_______________________

*Kitablar.

Yuxarıda yazdıqlarım kişi cinsinə aid ədatlar haqqında idi. İndi isə eyni halı bir də qadın cinsli isim və ədatlar üçün görək. Ədatlar haqqında yazmağa yeni başlayanda qeyd etdiyim kimi, qadın cinsli (müəyyən təsvir) ədatlarının tək halı üçün "La", cəm halı üçün isə "Las” istifadə edilir. Qeyri-müəyyən hal üçün isə müvafiq olaraq "Una” və"Unas”.

Nümunələrə nəzər yetirək:

La casa donde vivía.

_______________________

*Yaşadığım ev.

Una casa.

_______________________

*Hər hansı bir ev.

Las casas que me gusta.

_______________________

*Bəyəndiyim evlər.

Unas casas.

_______________________

*Evlər.



Hörmətlə: Rasul Mammadliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!