Alman dili - Ümumi məlumat və giriş (1. dərs)

Alman dili - Ümumi məlumat və giriş (1. dərs)
Dərslər
10.09.2017 32
Avropaya geri döndüyümüz zaman isə müxtəlif ölkələrdə almanca danışan milli azlıqlar da nəzərimizə dəyir. Məsələn Rusiya, Macarıstan, Sloveniya və Slovakiyada onlara rast gələ bilərik.

Dediyim kimi, alman dili dünya üzərində yayğın dildir. Amerika Birləşmiş Ştatlarında yaşayan əhalinin bir qismi də alman dilindən danışıq dili kimi istifadə edir. Lakin bununla dilin sərhədləri bitmir. Cənubi Amerika qitəsində əsasən iki ölkədə (Argenitana və Brazilya) əhali bu dildən istifadə edir.

Alman dilini öyrənmək üçün ilk öncə zamana ehtiyacınız var. Danışıq baxımdan dil rahat olsa belə, qrammatik baxımdan çətindir deyə bilərik. Yenə də bu nisbidir. Nə isə, ümumi məlumatı burada yekunlaşdıraq. Bu yazımda mövzunun əsasını artikllar üzərində quracağam.



Artikllar

Artikllar üç cürdür, belə ki, hər cinsin özünə aid artiklı var. Hər cinsin özünə aid artiklı varsa, bəs o zaman niyə üç cürdür deyə sual meydana gələ bilər; bir cins isə orta cins hesab olunur, bu əsasən cansız əşyalara aid edilir, amma alman dilinin qrammatikasının çətin olduğunu demişdim. Bu dil, deyə bilərəm ki, məhz aberlər üzərində qurulub. Bəzən canlılara da orta cinsin artiklı aid edilir.

Eyni zamanda, artikllar, alman dilində mövcud olan dörd hal üçün də fərqli formalar alırlar. Bu haqqda isə gələn yazıda yazaram. Fikrinizi qarışdırmayım indi. ;)

Der – kişi cinsi

Die – qadın cinsi



Das – orta cins

Artikllar asan qarışdırılacaq bir şey olduğu üçün sizə bir ipucu verəcəyəm. İsimlərin sonluğuna əsasən onun artiklını yadınızda saxlaya bilərsiniz. Aşağıda qısa siyahını yazıb, bununla da yazını yekunlaşdıracağam.



Kişi cinsi / Der

-er

-ler

-ner

-aner

-ling

-ich

-ig

-ent

-ist

-log

-nom

-soph

-arch

-ot

-ier

-eur

-ant

-at

-et



Qadın cinsi / Die

-in

-ei

-erei

-heit

-keit

-igkeit

-schaft

-ung

-e

-t

-ie

-tät

-tion

-ion

-ur

-age



Orta cins / Das

-chen

-lein

-tel

-tum

-(i)um

-ment

-at



Rasul Mammadliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!