Alman dili - Qrammatika (2. dərs)

Alman dili - Qrammatika (2. dərs)
Dərslər
10.09.2017 46
Qısaca halları və hallanmanın dörd növünü xatırlayaq;



Hallar:

Nominativ

Genitiv

Dativ

Akkusativ



Növlər:

Die starke Deklination (Qüvvətli hallanma)

Die schwache Deklination (Zəif hallanma)

Die weibliche Deklination (Qadın cinsli hallanma)

Die Übergangsdeklination (Qarışıq və ya xüsusi hallanma)

Bundan öncəki məqaləmdə Die starke Deklination və Die Feminina Deklination(Die weibliche Deklination) haqqında yazmışdım. Bu dəfə isə yerdə qalan digər iki hallanma növü, yəni Die schwache və Die Übergangsdeklination haqqında yazacam. Çox uzatmadan başlayım. ;)

München



Die schwache Deklination

Zəif hallanma


İsimlərin
hallanma növləri arasında ən asan növ zəif hallanmadır deyə bilərik. Bu
növə yalnız kişi cinsli zəif isimlər aiddir. Bu isimlər öz aralarında
üç hissəyə bölünür. Aşağıda daha ətraflı görə bilərsiniz.



A. Sonunda -e olan kişi cinsli isimlər

z.B:

Der Knabe

Der Junge

Der Haze

Der Rabe



B. Əvvəllər sonunda -e olub, sonradan o -e‘ni itirmiş isimlər

z.B:

Der Mensch

Der Held

Der Hirt



C. Son olaraq isə sonluğu xarici (alınma) suffikslə bitən kişi cinsli isimlər aiddir.

z.B:

-ist

-ent

-ant

-at

-it

-nom

-graph

Bu hallanmanın əsas əlaməti isə belədir; isimlər Nominativdən başqa bütün hallarda -en şəkilçisi qəbul edir.





Die Übergangsdeklination

Qarışıq və ya xüsusi hallanma


Bu növə isə bir neçə kişi cinsli isimlər aiddir.

z.B:

der Friede

der Funke

der Same

der Name

der Gedanke



das Herz

Bu növün əsas əlaməti isə belədir;  Yuxarıda yazdığım bütün isimlər Genitiv halında -(e)ns şəkilçisi qəbul edir. Digər hallarda isə -(e)n şəkilçisini qəbul edir. Aşağıdakı şəkildə bunu daha aydın görə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!