Alman dili - Əsas ifadələr (3. dərs)

Alman dili - Əsas ifadələr (3. dərs)
Dərslər
10.09.2017 22
Bəsit ifadələr

Hallo – [Halo] – Salam

Wie geht es Ihnen? – [Vi geytes Ihnen] – Necəsiniz?

Wie geht es dir? – [Vi geytes diə] – Necəsən?

Es geht mir gut, danke – [Es geyt miə qut, dankə] – Yaxşıyam, təşəkkürlər.

Es geht mir nicht so gut – [Es geyt miə nixt zo qut] – Yaxşı deyiləm/Pisəm.

Wie ist Ihr Name? – [Vi ist İyr name] – Adınız nədir?

Wie ist dein Name? – [Vi ist dayn name] – Adın nədir?

Bis später – [Bis şpeytə] – Görüşərik/Hələlik.

Auf Wiedersehen – [Auf Videyzeyn] – Sağol

Können Sie Deutsch sprechen? – [Könen zi douç şprexen] – Almanca danışa bilirsiniz?

Kannst du Deutsch sprechen? – [Kanst du douç şprexen] – Almanca danışa bilirsən?

Ich spreche ein bisschen Deutsch. – [İh şprexe ayn bisxen douç] – Birazca almanca danışa bilirəm.

Ich kann kein Deutsch sprechen – [İh kan kayn douç şprexen] – Almanca bilmirəm.

Ich komme aus Aserbaidschan – [İh komme aus Azerbaydjan] – Azərbaycanlıyam/Azərbaycandan gəlirəm.



Ja – [Ya] – Bəli

Nein – [Nayn] – Xeyr

Verstehen Sie mich – [Ferşteyen zi mih] – Məni başa düşürsünüz?

Verstehst du mich? – [Ferşteyst du mih] – Məni başa düşürsən?

Ich verstehe nicht – [İh ferşteye niht] – Başa düşmürəm.

Ich verstehe –  [İh ferşteye] – Başa düşürəm.

Danke – [Danke] – Təşəkkür edirəm.

Bitte – [Bite] – Dəyməz.

Entschuldigung – [Enşuldiqunq] – Üzr istəyirəm.

Können Sie noch mal wiederholen? – [Könen zi nox mal viderholın] – Təkrar edə bilərsiniz?

Kannst du noch mal wiederholen –  [Kanst du nox mal viderholın] – Təkrar edə bilərsən?

Können Sie etwas langsamer sprechen? – [Könen zi etvas lanqzamer şprexen] – Yavaş danışa bilərsiniz? (yavaş tempdə)

Ich weiß nicht – [İh vayss niht] – Bilmirəm.

Das ist mein erstes mal in Deutschland – [Das ist mayn erstes mal in Douçland] – İlk dəfədir ki, Almaniyadayam.



Rasul Mammadovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!