İtalyan dili - Ümumi məlumat və giriş (1. dərs)

İtalyan dili - Ümumi məlumat və giriş (1. dərs)
Dərslər
10.09.2017 19
Ümumi məlumat

İtalyan dili, Hind-Avropa dil ailəsinə aid bir dildir. Bu dil, əsasən İtaliyada və İsveçrənin cənub sərhədlərində danışıq dili kimi istifadə edilir. Dünya üzərində təxminən 60 milyon insan italyan dilini, öz ana dili kimi istifadə etməkdədir. Bununla bərabər, ABŞ, Braziliya, Kanada, Argentina və Avstraliyada da danışıq dili kimi geniş istifadə edilən dildir. İtalyan dili, sadaladığım ölkələrdə əasən italyan əsilli gəlmələr tərəfindən istifadə edilir.

Əgər bu dili öyrənmək qərarına gəlmisinizsə, sizə bir şad xəbərim var; italyan dilini öyrənmək elə də çətin deyil. Bu dil, əsasən yazıldığı kimi oxunur. Yəni tələffüz baxımdan çətinlik çəkəcəyinizi düşünmürəm.

Belə, məncə bu qədər məlumat kifayətdir.



Əlifba

İtalyan əlifbasında 21 hərf var. Demək olar ki, əksər dillərdə görməyə alışdığımız  k, j, w, x və y hərfləri, bu dildə yoxdur. Bu hərflər, yalnızca alınma sözlərdə istifadə edilir.



Hərf: a, b, c, d, e, f, g, h, i, l, m, n, o, p, q, r, s, t, u, v, z

Oxunuşu :  a, bi, çi, di, e, effe, ci, akka, i, elle, emme, enne, o, pi, ku, erre, esse, ti, u, vu, zeta



İtalyanca sadə ifadələr

Buongiorno – Xoş günlər

Buonasera – Axşamınız xeyir

Arrivederci – Hələlik / Görüşərik

Buonanotte – Gecəniz xeyrə

Grazie – Təşəkkürlər

Grazie mille – Çox təşəkkürlər

Come stai? – Necəsən?

Sto bene – Yaxşıyam

Sto male – Pisəm

Di dove è? – Haralısınız? (rəsmi)

Sono di Azerbaigian – Azərbaycandanam (azərbaycanlıyam)

Quanti anni hai? – Neçə yaşın var?

Ho venti anni – 20 yaşım var

Padre – Ata

Madre – Ana

Zio – Əmi

Zia – Xala

Come ti chiami? – Adın nədir? (qeyri-rəsmi)

Mi chiamo Rasul – Mənim adım Rəsuldur

Nord – Şimal

Sud – Cənub

Ovest – Qərb

Est – Şərq



İndi isə rəqəmlərin italyanca səslənməsini öyrənək;

Uno – Bir

Due – İki

Tre – Üç 

Quattro – Dörd

Cinque – Beş

Sei – Altı

Sette – Yeddi

Otto – Səkkiz

Nove – Doqquz

Dieci – On



Bir neçə fel öyrənərək, bu dərsimizi burada bitirək.



İtalyanca fellər

Accendere – Dəyişdirmək

Andare – Getmək

Aprire – Açmaq

Cadere – Yıxılmaq

Capire – Başa düşmək

Cercare – Axtarmaq

Costare – Dəyəri olmaq

Dire – Demək

Entrare – Girmək



Rasul Mammadliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!