Coğrafiya dərsləri (Dərs 9)

Coğrafiya dərsləri (Dərs 9)
Dərslər
10.09.2017 15
Atmosfer ("atmos"-buxar, "sfera"-təbəqə) Yerin hava təbəqəsi olub, onunla birlikdə fırlanır. Belə güman olunur ki, ilk atmosfer Yerin ilkin geoloji mərhələsində -4,5-5 mlrd. il bundan əvvəl, ilk bazalt qatının yarandığı dövrdə yaranmışdır.

Atmosfer Yerdə həyatın təminatçısı olmaqla, ultrabənövşəyi şüaları əks etdirir, temperaturu tənzimləyir. Səs və radiodalğaların yayılmasına şərait yaradır. Atmosfer həm də kosmosdan gələn meteoritlərin xeyli hissəsinin birbaşa yer səthinə düşməsinin qarşısını kəsir. Belə ki, onlar qızıb-yanaraq toza çevrilir.

Atmosferin tərkibi mürəkkəbdir və geoloji inkişaf dövründə dəyişikliyə məruz qalıb. Qədim geoloji eralarda atmosferin tərkibində karbonun miqdarı çox, oksigenin miqdarı az olmuşdur. Sonrakı geoloji eralarda sıx bitki örtüyünün yaranması hesabına atmosferin qaz tərkibi dəyişmişdir. Müasir geoloji dövrdə atmosferin tərkibi belədir: 78,08% azot, 20,94% oksigen, 0,93% arqon, 0,03% karbon, 0,02% digər təsirsiz qazlar.
Atmosferin alt sərhədi quru və okean səthi, üst sərhədi təqribən 3000 km-dən götürülür. Atmosfer daxilində aşağıdakı təbəqələr var.
Troposfer: qalınlığı orta enlikdə 10-11 km, ekvator üzərində 16-18 km, qütblər üzərində 8-9 km-dir. Atmosfer kütləsinin 80%-i burada cəmlənmişdir. Əsas atmosfer hadisələri (külək, yağıntı, şimşək) troposferdə baş verir, yüksəkliyə doğru temperatur aşağı düşür.
Stratosfer: troposfer üzərindən 50-55 km hündürlüyədək yerləşir. Hava çox seyrəkdir. 15-20 km hündürlüklər arasında ozon qatı yerləşir. Ozon təbəqəsi ultrabənövşəyi şüaları udur və canlıları onun zərərli təsirindən qoruyur. 20 km-dən başlayaraq yuxarıya doğru temperatur artır.

Mezosfer: 50-80 km hündürlüklər arasında yerləşir. Bu təbəqədə temperatur yenidən azalır.
Termosfer (ionosfer): 80-800 (1000) km arasında yerləşir və atmosferin ən qalın təbəqəsidir. Yüksək temperatura malik olduğu üçün termosfer, qazlar ionlaşmış olduğu üçün ionosfer adlanır.
Ekzosfer: 800 (1000)-3000 km arasındadır, olduqca az sıxlığa malikdir.

Günəş radiasiyası
Günəşdən yer atmosferinə gəlib çatan günəş işığı və istiliyinin məcmusuna daimi Günəş radiasiyası deyilir. Onun 20%-i yer atmosferi tərəfindən əks olunur. 1 sm2 səthə vahid vaxt ərzində (adətən, 1 dəq.) düşən radiasiyanın istilik təsiri Günəş radiasiyasının intensivliyi adlanır və kalori/sm²/dəq. ilə ifadə olunur. Günəşdən Yer səthinə birbaşa gəlib çatan (kölgə verən) şüalar düz radiasiya adlanır. Atmosferdə səpələnən və yer səthinə göy qübbəsinin bütün istiqamətlərindən daxil olan radiasiya səpələnən radiasiya adlanır.
uğun yüksək olduğu ekvatorial və mülayim enliklərdə səpələnən radiasiyanın kəmiyyəti böyük olur. Düz və səpələnən radiasiyanın cəminə ümumi radiasiya deyilir. Ümumi radiasiyanın illik kəmiyyəti ekvatorda 140-150, tropiklərdə 200-220, mülayim enliklərdə 100-140, qütblərdə 30-50, Azərbaycanda 120-160 kkal/sm²/il-ə bərabərdir.

Günəşin düşmə bucağından və yer səthinin xarakterindən asılı olaraq radiasiyanın bir hissəsi əks olunur. Ümumi radiasiyanın bir hissəsi Yer səthi tərəfindən udulur, müəyyən təbii proseslərə sərf olunur (buxarlanma, bitkilərin inkişafı və s.), dəyişilərək (transformasiya olunaraq) yerdə toplanır.

Yer səthindən əks olunan radiasiya albedo adlanır. Ümumi radiasiya ilə əks olunan radiasiyanın fərqi radiasiya balansı adlanır. Radiasiya balansı buzlu qütb zonalarından başqa hər yerdə müsbətdir.
Meteoroloji stansiyalarda havanın elementləri-temperaturu, təzyiqi və rütubəti üzərində müşahidələr aparılır, onlarla bağlı yaranan atmosfer hadisələri öyrənilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!