Fransız dili dərsi ( 5- ci dərs)

Fransız dili dərsi ( 5- ci dərs)
Dərslər
10.09.2017 45
Oxu qaydaları:

1.“S” hərfi bir qayda olaraq sözlərin sonunda oxunmur:

Exercices, très, plus

2.“Z” hərfi sözlərin sonunda oxunmur.

Parlez, assez, chez.

3. Məsdəri “er”- lə bitən fellərdə “r” hərfi oxunmur.

Travailler, parler, rester, laisser.

4.“t” hərfi adətən sözlərin sonunda tələffüz edilmir.

Elle part, elle sort.

Qrammatika:

I. Birinci qrup fellərin indiki (présent de l’indicatif) zamanda şəxslərə görə dəyişməsi:

Fransız dilində fellər dəyişməyə görə üç qrupa bölünür. Birinci qrup fellərə sonu -“er” məsdər şəkilçisi ilə bitən fellər daxildir. Məsələn: parler, rester, fermer, dessiner. və s. Birinci qrup felləri təsrif etmək üçün “er” məsdər şəkilçisini atmaq və fellərin kökünə aşağıdakı sonluqları əlavə etmək lazımdır.

Təkdə Cəmdə

I şəxs – e I şəxs - ons

II şəxs – es II şəxs – ez

III şəxs – e III şəxs – ent

Parler

Je parle Nous parlons

Tu parles Vous parlez

Il (elle) parle Ils (elles) parlent

Rester

Je reste Nous restons

Tu restes Vous restez

I (elle) reste Ils (elles) restent

II. İsimlərin cəm halı:

Fransız dilində isimlərin cəm halını düzəltmək üçün onların sonuna “s” hərfi artırılır:

La place – les places

La chaise – les chaisesскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!