Dekorasiyada qənaət edin!

Dekorasiyada qənaət edin!
Əl işləri - Dizayn
10.09.2017 23
 
Dekorasiyada qənaət edin!
 
Evinizi yenidən dekorasiyaya etmək üçün sərvət xərcləmənizə ehtiyac yoxdur. Sizə böyük qənaətlər bəxş edəcək möcüzə təkliflər hazırladıq. Bu təkliflərə nəzər salmadan evinizi dekorasiyaya etməyin!
Pərdələr
Kifayət qədər keyfiyyətli və yaxşı tikilmiş pərdələriniz varsa, diqqəti başqa yerə çəkməyə ehtiyacınız yoxdur. Asmaq üçün çox bəzəkli və ya diqqət çəkici asqı dəmirləri və ya rels istifadə etmək yerinə, bu mövzuda qənaət edib, daha sadə modellər seçə bilərsiniz.
Ev tekstili
Yataq dəstələri də yataq keyfiyyətinizi artırmaq və yaxşı yuxu üçün əhəmiyyətlidir əlbəttə ancaq büdcənizi çox məcbur etmədən bunları ala bilərsiniz. Bazarda uyğun qiymətə istədiyiniz naxış, istədiyiniz parça keyfiyyəti baxımından məmnun ola biləcəyiniz, saf pambıqlı və ya xam yataq dəstləri tapa bilərsiniz.
 
 
Yataq otağı
 
Ortaq sahələr kimi, yataq otaqları da dekorasiyada böyük əhəmiyyət daşıyar. Ev sahibləri burada özlərini rakhat hiss edər və ümumiyyətlə atmosferə əhəmiyyət verərlər. Əgər büdcəniz məhduddursa yataq otağınızda gözəl bir işıqlandırma və qəşəng aksesuarlar, maddi imkanınıza çata biləcək bir parça kombinasiyasnı və büdcənizə görə yatağınızın örtmələrini seçsəniz xoş bir atmosfer yarada bilərsiniz.
İşıqlandırma
Seçdiyiniz bir lampa başlığı işıqlandırmanızın havasını təxmin edə bilməyəcəyiniz qədər dəyişdirə bilər. Daha diqqət çəkici, daha dəbdəbəli bir lampa başlığı, mühitdəki bütün diqqətləri üzərinə çəkər. Əgər ağıllı bir seçki etsəniz, lampa başlığı dəyişdirmək sizə çox uyğun qiymətə düşər.
Divan
Yastıq və ya örtü kimi aksesuarlar həqiqətən də divanınızın görünüşünü dəyişdirə bilər. Ancaq bunlar üçün çox pul xərcləmənizə ehtiyac yoxdur. Ən son moda rəngləri, naxışları araşdıraraq ən ucuz qiymətə ala bilərsiniz. Qiymətə ucuz amma görünüşdə qəşəng yastıq və örtülərlə divanınız olduğundan daha xoş bir havaya bürünər.
Xalça
Dekorasiyanızın təsirini gücləndirmək üçün xalçalar və ya naxışlı kilimlər istifadə edə bilərsiniz. Bazarda məqbul qiymətlərə satın ala biləcəyiniz xeyli gözəl naxışda istər klassik, istər müasir xalça və kilim tapa bilərsiniz. Dekorasiyanızı yenilədiyinizdə və ya otağınızda zaman içində dəyişiklik etmək istədiyinizdə asanca dəyişdirə bilərsiniz.
Duş
Tualet satın alarkən batareya və təsisat üçün ayırdığınızdan daha az bir büdcə düşünə bilərsiniz. Sadə və düz xəttli, klassik tualet modellərini seçsəniz, bahalı olanlarıyla aralarında olan dizayn fərqini çox hiss etməzsiniz.
Yataq
Əgər son dərəcə keyfiyyətli və sağlam bir döşəkçə seçkisni edərək satın aldınızsa, mebel seçkinizdə daha qənaətcil davrana bilərsiniz. Ancaq bu keyfiyyətdən güzəşt verəcəyiniz mənasına gəlməz. Sərt ağacdan edilmiş və lataları geniş aralıqlıı yataqları seçsəniz zaman içində döşəkçənizin dayanıqlılığını azaldaraq sökülməsinə səbəb ola bilərsiniz.
 
Mətbəx
 
Mətbəx şkaf gövdələriniz dolu və dayanıqlı vəsaitdən çıxarılmışsa qapaqları üçün qənaətli seçkilər edə bilərsiniz. Qapaq formaları nə qədər sadə və düz xəttdə olsa, o qədər qənaətcil olacaq. Sadə xəttlərdə, minimal detallarda ön plana çıxan qapaq modellərinin modası tez keçməyəcəyi kimi fərqli aksesuarlarla da rahatlıqla istifadə edilə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!