Kəsmə mantı

Kəsmə mantı
Əl işləri - Dizayn
10.09.2017 29
               
Kəsmə mantı

            Tərkibi:
                2 ədəd yuxa
               250 qr qiyma
               2 ədəd orta soğan
               2-2.5 stəkan qatıq
               4 diş sarımsaq
               2 xörek qaşığı tamat
               duz, istiot
               duru yağ (qizartmaq üçün)
                 Hazırlanması:
 İlk olaraq  qiymaya 1 soğan , duz tökülərək birazcıq qovrulur və istiot  əlavə  olunur.Sonra yuxalar yayılır,yuxaları almaqda olar,ama coxda kiçik olmasınlar.Əgər yuxalar kiçik olsa  onda sayını artırmalısınız.Yuxaların üstünə qiyma nı yaydiqdan sonra rulet kimi bukulur  və bışaqla doğranır,yağda qızardılır(ikitərəfli).
   Sarımsaq  əzilərək qatıqla  qarışdırılır,digər  soğan tamatla qovrulur.
   Yeməyi  süfrəyə verərkən üstünə  sarımsaqlı qatıq,soğanla qovrulmuş tamat və  quru nanə səpilir.Daha maraqlı olsun deyə kahıyla və ya başqa goyərtilərlədə bəzəmək olar.Birdə soğan sevməyənlər ketçupdanda istifadə edə bilərlər.
                                   Nuş olsun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!