Ad günü tortu (Angel. A. S-in əl işi)

Ad günü tortu (Angel. A. S-in əl işi)
Əl işləri - Dizayn
10.09.2017 346
Ad günü tortu (Angel. A. S-in əl işi)

Tərkibi

Krem üçün 

2 st un 

2 st şəkər tozu

3 st süd

350 qr yağ

1 paket vanil
Xəmir üçün 

4 ədəd yumurta 

 2 st şəkər tozu

3 xörək qaşığı bal 

180 qr kərə yağı

1 paket vanil

soda 

 3 st yarım un 
Hazırlanması

Kremi birinci hazırlayaq :Bunun üçün 2 st şəkər tozunu  2 st un ilə qarisdirib  soyuq sudun icinə əlavə eləyirik indi isə qazanı   ocağın üstünə qoyub   bunlari əlimizi saxlamadan  qatilsana qədər bisiririk. Hazır olandan sonra qoyuruq tam soyur  soyduqdan sonra 350 qr yağı doğrayıb bu qarışımla birlikdə krem halına gələnə qədər mikserlə çalırıq
Xəmirin hazırlanması

Xəmir üçün isə 4 ədəd yumurtanı 2 st şəkər tozu ilə birlikdə  yumurta cırpan ilə qarışdırırıq. Sonra buna 180 qram  kərə yağı doğranır və 3 xorək qasığı  bal əlavə olunur  və qarisdirilir. Sonra isə əziz xanımlar

qazın üstünə bir qazan qoyuruq bunu yarıya qədər su ilə doldururuq  su qaynayanda hemin bu xəmiri qoyuruq qazanin üstünə  parda xəmiri qarışdirirıq . Yağ əriyənə qədər sonra bura azca soda əlavə edirik və qarışımı qazı üzərindən götürürük. İndi isə 3 st  yarım unu töküb yaxşıca qarışirib vanili əlavə edirik .

Qeyd :Xəmir isti olduğu üçün yumşaq olur gözləmək lazımdıki tam soyusun ola bilərki soyduqdan sonrada cox yumsaq olsun bunda istəsəz un əlavə  edərsiz .Xanımlar xəmir nə qədər yumsaq olsa o qədər tortunuz yumsaq olacaq . Sonra bunda 7 ədəd kündə düzəldin. İndi isə sobanın listinin arxası üstünü unlayıb kündəni yayın. Sonra  180 dərəcə isidilmiş sobada üstü qizarana qədər bişirin. Bütün kündələr bişdikdən sonra 1 xorək qaşığı bala 1 st isti su əlavə edib şərbət düzəldin sonra bütün yuxalara şərbət 
vurun .15 dəqiqə saxlayın sonra isə kremi çəkin. Budur tortumuz hazırdı


Ad günü tortu (Angel. A. S-in əl işi)

Mən üstünü bəzədim. Zövqə görə sadə edə bilərsiz


Ad günü tortu (Angel. A. S-in əl işi)


 Nuş olsun!






 
 



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!