Qozlu burmalar (Angela. A.S-in əl işi)

Qozlu burmalar (Angela. A.S-in əl işi)
Əl işləri - Dizayn
10.09.2017 99
Tərkibi

xəmir üçün

4 st un

1 st qatıq

1 ədəd yumurta 

3 xorək qaşığı şəkər tozu 

 1st iliq su

 1cay qasigi maya 
İçlik üçün 

300qr qoz

300qr şəkər tozu

200qr yağ
Hazırlanması

4 st unu bir qaba töküb üzərinə yumurtanı qatığı  şəkər tozunun suyu və mayanı qarisdiraraq xəmir yoğururuq . Xəmir yumşaq olmalıdır. Hazır olandan sonra xəmirimiz 2 saat qalmalıdır. 2 saat dincələn xəmiri sonra  5 ədəd kündə düzəldirik


Qozlu burmalar (Angela. A.S-in əl işi)

Bu kündələri yayırıq. Nə qədər  nazik aça bilsək o qədər  gözəl alınar. Yuxaları yayıb çoxlu unlayaraq bir qırağa qoyuruq.İndi isə 200 qr yağı əridirik. Yayılan yuxaları  bir-bir açaraq arasını  şirniyyat şotkasının köməyi ilə yağlayırıq.Sonra bu formada kəsirik


Qozlu burmalar (Angela. A.S-in əl işi)

Sonra 300qr qozu  doğrayıcıda üyüdüb şəkər tozunu əlavə edirik. Kəsilmiş üçgünc formada olan xəmirin 

arasına 1 çay qaşığı hazırladığımız qozlu içlikdən qoyub bu formada bükürük


Qozlu burmalar (Angela. A.S-in əl işi)

Hazir olan burmaları 1 saat saxlayırıq, sonra  üzərlərini yumurtanın ağı ilə  yumurtalayaraq 180 dərəcə qızdırılmış sobada üstü qızrana qədər bişiririk. Sonra isə şəkər pudrası səpirik üzərinə .

Əziz xanımlar. Sadə və dadlı olan bu şirniyyatı sizinlədə paylaşmaq istədim 

Nuş olsun!










 


 
 




 
  




 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!