Şam necə hazırlanır?

Şam necə hazırlanır?
Əl işləri - Dizayn
10.09.2017 227
Şamlar hər zaman evimizin vazgeçilməzlərindən oldu və olmağa da davam edəcək. O zaman onları bəzəməyə nə deyərsiniz? Şamlar həyatın hər küncündə istifadə aksesuarlardır. Yalnız işıqlandırma vasitəsi kimi deyil, bəzək əşası və xüsusilə də dekorativ detallar olaraq vazkeçilməzlərimizdəndir.
Ad günlərində tortların üstündə, romantik axşam yeməklərində masalarda bəzən də canınız çox sıxıldıqda    rahatlamaq üçün istifadə edirik. Çoxumuzun evinin baş tərəfində, olduqca çox pul verilmiş bir altlığın üzərində dayanan bir şam vardır. Amma qəşəng şamlar üçün par xərcləmənizə gərək yox, asanlıqla tapa biləcəyiniz bir neçə əşyayla gözəl bir şamlıq edə bilərsiniz.
Lazımlı vəsaitlər
Yarpaq şəklində metal pullar,
 Mis rəngli aliminum folyo,
 Sağlam bir qayçı,
 Bant (gözəl bir rəngi olsa yaxşı olar),
Şam.
Hazırlanması:
 Metal yarpaqları mis rəngi folyoyla örtün, neçə dənə istifadə edəcəyinizə, şamınızınn böyüklüyünə görə qərar verə bilərsiniz.
 Metal yarpaqların uclarını ya da lazımlı gördüyünüz qisimlərini gerçək yarpaqlara bənzəməsi üçün bükün, hətta istəsəniz iti bir obyekt köməyi ilə yarpaqlarınıza damarlar çəkə bilərsiz.
 Bir santimetr qalınlığındakı bir alimünum folyoyu şamın alt qisiminə sarın. Bunun üzərinə daha sonra etdiyimiz yarpaqları yapışdıra bilərsiniz
 Bir başqa üsul da tel köməyi ilə yarpaqları tac şəklində birləşdirmək. İstəsəniz bu tacı dirək şamın dib qisiminə qoya bilərsiniz, ya da daha əvvəl sardığım alimünum folyonunu üstünə yapıştıra bilərsiniz.
Əgər istədiyiniz rəngdə alimünum folyo tapa bilmədinizsə, folyonu boyaya bilərsiniz. Lakin boyadıqdan sonra sərtləşib şəkil etməyəcəyi üçün, əvvəl şəklini verib, sonra boyamalısınız.
Tərcümə etdi: Nura 21






 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!