Evinizi Qışa Hazırlayın

Evinizi Qışa Hazırlayın
Əl işləri - Dizayn
10.09.2017 15
Qışın gəlişiylə birlikdə evdə dağınıq görünüş riski də artır. Şal, kürək çantaları, uşaqların məktəb əşyaları deyərkən qış üçün mütəşəkkil olmanın tam zamanı!

Payızın son ayına girdik belə. Qışın qapını döyməsinə az qala hazırlıqlara başlamaq gərək. Geyim şkaflarını dəyişdirib, evi qışlıq nizama qoymanın tam sırası. Çünki qış aylarında ən böyük problemlərdən biri nizam… Həm əşyaların ebatları həm də çoxluğu səbəbiylə ortalıq çox tez dağıla bilir. Ayrıca çox gec olmadan da çoxluqları və əskikləri təsbit etmək lazımdır. Girişdən ana həyat sahəsinə evin bütün künclərini əldən keçirməyə başlamalı.

1- Geyim şkafına əl atın: Qışlıq geyim və aksesuarlarınızı əldən keçirərək işə başlaya bilərsiniz. Məsələn; əlcəkləriniz cütmü, şalınız ya da montunuzda sökük varmı? Əgər əskiklər varsa yenilərini təmin etməniz lazım ola bilər.

2- Yazlıqları qaldıra bilərsiniz:
Şkaf və siyirtmələrdə çoxluq etməmələri üçün mümkünsə yazlıq əşyaları qaldırın. Ayrıca uzun müddət geymədiyiniz yazlıq əşyaları əlavə yer örtməmələri üçün bir vəqfə bağışlayaraq həm yerdən qazana bilər həm də ehtiyacı olanlara kömək etmiş olarsınız.

3- Həyat sahələrində:
Yazlıq aksesuar və tekstilləri mövsümə uyğunlaşdıra bilərsiniz. Dəyişməli istifadə etdiyiniz yastıq örtüyü, qalın pərdə və kreslo şallarını çıxarıb salonunuzu qış üçün hazırlaya bilərsiniz. Ayrıca zəmində istifadə etdiyiniz incə kilimlər yerinə daha qalın xalçalar seçərək daha isti və davetkar bir mühit yaratmanız mümkün.

4- Mətbəx Hərəkatı: Mətbəx şkaf və siyirtmələrini nəzərdən keçirin. Qışda ehtiyacınız olmayacaq ərzaqları gözdən çıxara bilərsiniz. Ayrıca şkaf içlərində ayırıcılar, əlavə rəf və təşkil edicilərlə yerdən qazana bilərsiniz.

Tərcümə etdi: PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!