+++++++++İşıqlandırma hiylələriylə möcüzələr yaradın

+++++++++İşıqlandırma hiylələriylə möcüzələr yaradın
Əl işləri - Dizayn
10.09.2017 30
İstifadə etdiyiniz işığın sıxlığı və mövqesi evinizin dekorasiyasına təsir edər. Evinizi işıqlandırarkən bəzi nöqtələri atlamamağa da diqqət göstərməlisiniz...

Evinizi daha gözəl göstərəcək işıqlandırma hiylələri baxın nələr...

Otağınızı işıqlandırmadan əvvəl, otağınızda necə bir hava yaratmaq istədiyinizə qərar verərək işə başlaya bilərsiniz. İşıqlandırmada istifadə edəcəyiniz məhsul, otağınızın tavanlarının daha yüksək görünməsini təmin edə bilər. Yenə istifadə etdiyiniz işıqlandırma ilə, otağınızı olduğundan daha geniş ya da daha fərah göstərə bilərsiniz.

İşığın rəngi və sıxlığına bağlı olaraq otağınızda isti bir mühit də meydana gətirə bilərsiniz. Bunun yanında səhv işıqlandırma nəticəsində, otağınızın olduğundan kasvetli, kiçik və sıxıcı bir məkan olaraq da görünməsinə səbəb ola bilərsiniz. Seçdiyiniz işıqlandırmaya görə otağınızın rəngini belə fərqli göstərə bilərsiniz.

Əgər tavanların olduğundan yüksək görünməsini istəyirsinizsə:

Yuxarı istiqamətləndirilən işıqlandırmaları seçim edə bilərsiniz. Otağınızın fərah bir görünüşə sahib olması üçün tavana yaxın işıqlandırmalar istifadə edə bilərsiniz.

Kiçik otaqlarda mümkün olduğunca sarkıt işıqlandırma məhsulları istifadə etməkdən qaçınmalısınız. Sarkıt işıqlandırma, otağınızın olduğundan daha kiçik və kasvetli görünməsinə səbəb olacaq.

Otağınızın işıqlandırmasında panellərdən faydalanacaqsınızsa, bu panelləri otağınızın sonuna doğru yerləşdirin. İşığın olduğu istiqamətə doğru baxdığınızda işıq gözünüzü götürəcək və otağınız olduğundan daha uzun görünəcək.

Eviniz yüksək tavanlı isə, yuxarı istiqamətləndirilən işıqlandırmaları istifadə etməkdən qaçının. Yuxarı doğru edilən işıqlandırma yüksək tavanlarınızı daha da yüksək göstərəcək. Bunun yerinə yüksək tavanlı otaqlarınızda lambader ya da abajur istifadə etmənizi təklif edərik.

Kiçik işıqlandırma hiylələri ilə otağınızı olduğundan geniş ya da yüksək tavanlı göstərə bilərsiniz.



Tərcümə etdi: Günay Əliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!