2013 dekorasiya trendləri

2013 dekorasiya trendləri
Əl işləri - Dizayn
10.09.2017 80
2013 naxışların  ilidir. Geyimlərdə bol-bol gördüyünüz naxışlar ev dekorasiyasına da əks olunur. 2013-cü ildə evinizə əşya alcaqsınızsa ya da yeni evlənirsinizsə mütləq naxışlardan istifadə edin. Pərdələrdə, yastıqlarda ya da divar kağızında istifadə edəcəyiniz naxışlar evinizi daha əyləncəli və rəngli edəcək.
Geometrik ya da çiçək naxışları fərq etməz ,ancaq evinizin bir küncündə mütləq naxışlar olsun. İddialı olmaq istəyirsinizsə rəngli və naxışlı divar kağızları seçin.
Naxışlı divar kağızlarıyla qonaq və yemək otağınızı bir-birindən ayıra bilərsiniz. Müasir kreslolarınızın arxasına geometrik naxışlı divar kağızlarınızla otağınızdakı dərinliyi artıra bilərsiniz.
Geometrik naxışlar, asma tavanlar üçün də fərqli bir alternativ olaraq seçilə bilər.
2013-cü ilin dekorasiyasında önə çıxan rənglərsə qırmızı, sarı və narıncı rənglərdir. İstəsəniz bu rənglərin birini seçə bilərsiniz, istəsəniz də hamısını  bir arada istifadə edə bilərsiniz. Həmdə bu rənglərlə kombinləyəcəyiniz mavi və yaşıl rənglər də çox gözəl  və müasir görünüş yaradacaq.
Ancaq rənglərdə deyil taxta və metalla da kontrast kombinlər etmək mümkündür. Təbii taxtanın klassik zadəganlığı, metalın müasir ışıltısıyla bir araya gələrək yeni mövsümün trendlərindən birini meydana gətirir.
Gümüş çərçivələr, şamdanlar, vazalar, aynalar evinizə ışıltı qatacaq.

/Mənbə:Qadınlar.biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!