Gənc otağı dekorasiyası necə olmalı

Gənc otağı dekorasiyası necə olmalı
Əl işləri - Dizayn
10.09.2017 76
İki qız uşağınız varsa
Yetkinlik dövründə eyni otağı paylaşmaq çox daha çətin olacaq. Bu dövrü keçirən iki qız uşağınız var isə sizə təklifim, otağa iki kiçik amma ayrı geyim şkafı etmənizdir. Bu, paltarlarla əlaqədar ola biləcək siyirmələri azaldacaq. Yenə bu dövrdə ilk eşqbazlıqlar və xüsusi əşyalar əhəmiyyət qazanacağı üçün kiçik bir siyirtmənin də açarlı yəni bağlı olması və bu açarların da uşaqlarınızda qalması onlara olan güvəninin bir işarəsi olacaq, beləcə ünsiyyət problemləriniz də azalacaq. 


İki oğlanınız varsa
Əgər yetkinlik dövrü yaşayan iki oğlanınız varsa paltar şkafının ayrı-ayrı olması lazım deyil. Bu dövrdə kişilər üçün ön planda olan bir hobbi və ya idman həvəsi varsa əlaqədar sahənin əşyalarının olacağı və ya posterlerin əslə biləcəyi, uşağın sadə idmanlar edə biləcəyi bir xüsusi sahə ayıra bilməniz yaxşı olar. 

Bir qız, bir oğlanınız varsa
Yetkinlik dövründəki uşaqlarınızın biri qız digəri kişi isə mümkünsə iki ayrı otaq etmənizi təklif edərəm çünki bu dövrdə kişi-qız qardaş qarşıdurmaları və kişi-qız uşaqların ehtiyacları çox fərqli olduğundan gənclərin böyüməsində ən sağlam həll bu olacaq. Əgər belə bir imkanınız yoxsa otağı mümkün olduğunca düz və bərabər olaraq ikiyə paylaşdırmanız və ortaq ehtiyac sahələri xaric, uşaqlara öz avtonom bölgələrini buraxmanız lazımdır. 


Gənc otaqlarında diqqət edilməsi lazım olanlar
Gənc otaqlarının rəng seçkiləri artıq valideynlərə aid deyil, olmamalıdır da. Onların otaqlarını hazırlayarkən sizlər tək yol göstərici olmalısınız. Dizaynlar, gənclərin istəyi və təşəbbüsünə, təbii ki sizin təyin etdiyiniz büdcə istiqamətində, buraxılmalıdır. Şkaf içlərində təşkil edicilər istifadə etmək, həm bu yaş uşaqları həm də kiçik uşaqlar üçün çox lazımlıdır. Xüsusilə CD-lər və kitablar üçün böyük asanlıq təmin edər.
 
/Mənbə.Qadınlar.biz/ скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!