Zərif yaxalığın hazırlanması

Zərif yaxalığın hazırlanması
Əl işləri - Dizayn
10.09.2017 17
Əziz xanımlar, bu gün sizə geyimlərinizin yaxa hissəsini daha da eleqant göstərən yaxalığın hazırlanma qaydasını təqdim edirəm. Hazırlanması sadə olsa da görünüşü ilə hamınızın zövqünü oxşayacağına əminəm. Buyurun, izləyə bilərsiniz.



Yaxalıq boyunbağımızı hazırlamaq üçün bizə lazım olanlar:

Adi zəncir

Güpür

Ağ rəngli lent (əgər krujevanız başqa rəngdədirsə, lenti də ona uyğun seçə bilərsiniz.)

Qaşlı lent



Hazırlanması:

Əvvəlcə zənciri ikiqat edib uclarını birləşdiririk.


 



Sonra zəncirlər bir-birindən aralanmasın deyə birləşdiririk.




Daha sonra qaşları lentin üzərinə bərkidirik.




Qaşları tikdiyimiz lenti iki zəncirin arasında yaxşıca yerləşdiririk və uclarını da birləşdiririk.


 



Bu güpürü zəncirə tikirik.




Şəkildə gördüyümüz kimi zəncirlərin uc hissələrini birləşdiririk.




Və lentin köməyi ilə beləcə bant bağlayırıq.




Arxa hissədən də lent ilə bağlaya bilərsiniz.





Zərif yaxalıq aksesuarımız hazırdır.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!