Mətbəx dekorasiyasında yeni trend

Mətbəx dekorasiyasında yeni trend
Əl işləri - Dizayn
10.09.2017 100
Son illər mətbəxdə də divar kağızının istifadəsi geniş yayılıb.  Buna görə də dizaynerlər müasir mətbəx layihələrində bir-birindən rəngli və canlı naxışlarla divar kağızları istehsal edirlər. Müxtəlif naxışlı divar kağızları bütün gününü mətbəxdə keçirən qadınların da ürəyincə olacaq.



Divar kağızı evin bütün aurasını, görüntüsünü rövnəqləndirərkən, həm də fərəhli və hərəkətli bir mənzərə yaradır. Klassik düz ağ kafellər yerini müxtəlif, bir-birindən rəngli və naxışlı divar kağızlarına verir.



Hər zövqə və tərzə uyğun minlərlə divar kağızı modelləri seçmək şansınız var.  Xüsusən də silinə bilən olması qadınların işini daha da rahatlaşdırır. Mətbəx üçün divar kağızı seçərkən bu xüsusiyyətinə fikir verin.



Bəzi yeməklərin hazırlanma mərhələsində yaranan yağ ləkələri divar kağızında gözlə görülən ləkə salır. Silinə bilən divar kağızlarında isə bu kimi problemlərlə qarşılaşmayacaqsınız.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!