Açıq mətbəx üçün tövsiyələr

Açıq mətbəx üçün tövsiyələr
Əl işləri - Dizayn
10.09.2017 35
Amerikan mətbəx deyilən açıq mətbəxə sahibsinizsə,  bu dekor  tövsiyələrindən yararlanın



Mətbəx dizaynında son trend açıq mətbəxdir. Evinizin modelinə görə bir neçə şəkildə açıq mətbəx istifadə edə bilərsiz. Evinizin bir qismini mətbəx kimi istifadə edərək oturacaq stolu ilə mətbəxi qonaq otağından ayıra bilərsiz.



Digər bir dekora əsasən otağınızın bir küncünü mətbəx kimi dizayn edərək onu bar stolu ilə qonaq otağından ayırmaq olar. Mətbəxin bar stolunu bar oturacaqları ilə səhər yeməyi sahəsi olaraq istifadə edə bilərsiz.



Girintili bir əraziniz varsa, mətbəxi U şəkilində dizayn edin. Qapı ilə mətbəxinizi bağlamaq yerinə açıq qoyaraq kiçik ərazilərdə fərəh bir hava yarada bilərsiz.



Geniş bir otağınız varsa, ada mətbəx modelindən istifadə edin. Bu mətbəx həm çox dəzgahdan istifadə etməyə imkan yaradacaq, həm də səhər yeməyi üçün sahəniz olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!