Evinizin dekorasiyası ilə bağlı yaradıcı fikirlər

Evinizin dekorasiyası ilə bağlı yaradıcı fikirlər
Əl işləri - Dizayn
10.09.2017 16
Dekorativ fantaziyalı olmaq sizin əlinizdədir!



Tablo kimi bir ev

Tək bir divara şəkil çəkərək, tablo kimi bir evə sahib ola bilərsiniz. Bir də bu şəklin təbiətdən ünsürləri varsa, özünüzü içəridə, qapalı məkanda deyil, açıq havada, təbiətin qoynunda hiss edə bilərsiniz. Üstəlik bu dəyişiklik evin dərinliyini və genişliyini vizual olaraq da artırar.



Evinizdə bir palıd ağacı

Meşədən toplayacağımız palıd qozalarını rəngləyərək və gözəl bir budaq hissəsinə asaraq, masanızın üzərinə bir palıd ağacı düzəldib qoymaq haqqında heç fikirləşədinizmi?



Bir divar, çox çərçivə

Ya da.. birdən çox çərçivə ilə divarınızı əhatə edə bilərsiniz. Çərçivələrdəki şəkillər bir-birindən fərqli və ya eyni tərzdə, hətta tamamilə eyni ola bilər. Şəkilləri mövsümə və ya kefinizə görə dəyişə bilərsiniz.



Yarpaq sənəti

Hazır, qış da gəlmişkən ... İri bir yarpağa verəcəyiniz ikebana sənəti görünüşü və bənzəri bir şəkil ilə təsiredici bir tablo yarada bilərsiz.



Çərçivəsiz güzgülər

Xüsusilə kiçik və ya çox dar sahələrdə çərçivəsiz güzgü istifadə edin. Həm sahənizi böyük göstərər, həm də evdə daimi yaşayan insanlarda yarada biləcəyi göz yorğunluğunu alar.



Mesaj probleminiz varsa ...

Divarlarınız nə günə durur?! :) Dekorativ hərflərlə sevdiyiniz bir cümləni yazıb, hər gününüzə ilham qata bilərsiniz.



Evinizi şənləndirin

Sadə bir ev hər zaman seçim səbəbiniz ola bilər, ancaq rəngli bir otağın sizə qatacağı hərəkəti və enerjini də inkar etmək olmaz. Otağınızı fantaziyalarınızla şənləndirərək, özünüzdə və ev əhlinizdə yüksək əhvali-ruhiyyə yarada bilərsiniz.

 

Təbiətdən masanıza

Təbii materiallarla masanızın bəzəməyə nə deyərsiniz? Evinizə natural bir hava qataraq, həm də büdcənizə xeyli qənaət edə bilərsiniz. Şüşə bir masa və ya ştativ isə, dar sahələri geniş göstərməyə yarayacaq.



Ən sevdiyiniz künc

Evinizin çox bəyəndiyiniz bir küncü varmı? O sahəni əks etdirən bir güzgü qoyun.



Qaydalara sıxışıb qalmayın

Şamların masanın üzərində ya da vitrində dayanması lazım deyil. Ya da bənzər obyektlərin ... Qəşəng bir altlıqlarla yerə qoya bilər və onları daha maraqlı bir dekorativ element halına gətirə bilərsiniz. Və yalnız şamlara deyil, evinizdəki bütün vəsaitələrə bu gözlə baxa bilərsiniz.



Sadəlik sevənlərə

Sadə bir otağa üstünlük verirsinizsə, az əşya istifadə edin. Ağ rəng seçim edin. Yenə də ... Divarları səma fotoşəkiləri ilə örtməyə nə deyirsiniz? Möhtəşəm bir hiss olmazdımı belə bir mənzərə əhatəsində kresloda oturmaq?!...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!