Başmaq toxuma qaydası - Video

Başmaq toxuma qaydası - Video
Əl işləri - Dizayn
10.09.2017 33
Əziz xanımlar, bu gün də bəzilərimizin toxuya bilmədiyimiz başmaqların toxunma qaydasını öyrənək. Məlumdur ki, qışda hamımız ayaqlarımızın isti qalması üçün başmaqlardan, qalın toxunma corablardan istifadə edirik. Bəzilərimiz toxumağı bacardığımız üçün özümüz toxuyuruq, bəzilərimiz də alırıq. Toxumaq insanın bütün əsəblərini sakitləşdirir. Qış günündə oturub toxumağın xüsusi ləzzəti var. Bu başmaqlar olduqca rahatdır, həm də qışda ayaqları isti saxlayır. Bəzən başmaqlar tez dağılmasın deyə onları sintetik saplardan toxuyurlar. Uşaqlar üçün toxumaq istəyənlər yun saplardan istifadə etsələr, yaxşı olar. Belə başmaqlar həm rahat olur, həm də ayaqları isti saxlayır. Mən uşaqlara həmişə yun sapdan, özümə isə yun sapla sintetik sapın qarışığından toxuyuram. Bu da yaxşı üsuldur. Belə başmaqları toxumaq olduqca asandır. Ona görə də sizlərə bu videonu təqdim edirəm. Zövqünüzə uyğun sap və milçə götürüb belə bir başmaq toxumağı öyrənə bilərsiniz. Videonu diqqətlə izləyin, çünki bir ilməni belə səhv toxuduqda başmaqlar istədiyiniz kimi alınmayacaq. Bu başmaqlar toxunuş qaydasına görə həqiqətən çox sadədir. "Bacarmıram" deməyin, toxuyun. Nəticədə görəcəksiniz ki, sizdə də alındı.



Buyurun izləyin.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!