Evimizin dekoru üçün "herbarili çərçivə" düzəldək - foto dərs

Evimizin dekoru üçün
Əl işləri - Dizayn
10.09.2017 89
Bəzi xanımlar evlərini öz əlləri ilə dekor etməyi xoşlayırlar. İndi sizə evinizin dekoru üçün möhtəşəm bir ideya verəcəyik. Xüsusi günlərinizdə (məsələn, sevgililər günü, nişan, toy günü və s.) sizə verilən gülləri və ya bahar mövsümünə aid heyranı olduğunuz gülləri, övladınızın sizə bağışladığı ilk gülləri evinizin bir guşəsində "herbarili çərçivə” ilə əbədiləşdirə bilərsiz.



Qadınlar.biz təqdim edir.



Lazım olan ləvazimatlar.

sevdiyiniz çiçək növləri

şüşəli boş çərçivə

qayçı

yapışqan (kley)

A4 formatlı ağ vərəq

qəzet vərəqi

qalın kitablar



Hazırlanması.

Sevdiyiniz təbii güllərdən 5-6 ədəd götürün. Qayçı ilə uzun çubuqlarını bir az qısaldın. Qalın bir kitab götürün və açın, iki səhifə arasına qəzet yerləşdirin. Qəzet ona görə qoyulur ki, güllərdəki nəmi özünə çəksin və kitabın səhifələrinə zərər vurmasın. Gülləri səliqə ilə, bir-birinin üzərinə qoymamaq şərtiylə qəzetin üstünə düzün. Kitabı bağlayın və başqa ağır kitabların altına qoyub, təqribən 3-4 həftə gözləyin. ( yəqin ki, uşaq vaxtı bir çoxunuz herbari düzəltmisiniz.)



Qurumuş çiçəkləri kitabın arasından ehtiyatla götürün. Çünki quru halda ləçəklər çox kövrək olur və tez qırılırlar.



Boş köhnə çərçivənin karton hissəsini götürün, A4 formatlı ağ vərəqi kartonun ölçüsündə kəsib, kley vasitəsilə kartona yapışdırın.



Qurudulmuş gülləri ehtiyatla və növbəylə ağ vərəqin üzərinə kleyləyin. Çərçivənin şüşəsini kartonuna bərkidin. Artıq herbarili çərçivəmiz hazırdır!




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!