Köhnə dəridən yeni bjüteriya qabı düzəldək! - foto dərs

Köhnə dəridən yeni bjüteriya qabı düzəldək! - foto dərs
Əl işləri - Dizayn
10.09.2017 23
Gündəlik istifadə etdiyiniz və bütün ev boyu səpələnən bjüteriyalarınızı, qızıl və ya gümüş aksesuarlarınızı sliqəli yığmaq üçün köhnə dəridən asan və ucuz yolla yeni bjüteriya qapı düzəldək.



Lazım olan ləvazimatlar:

köhnə dəri

xətkeş

qayçı

qara karandaş

dekorativ mismarlar



Düzəltmə qaydası:

1.Dərinin üzərində xətkeş və karandaşla bütün tərəfləri 30 sm olan üçbucaq çəkin.



2. Qayçı ilə üçbucağı səliqəli şəkildə kəsin.



3. Kəsdiyiniz üçbucağın hər küncündə aralarında 1 sm məsafə qoymaqla iki deşik açın. Bunu deşikaçanla və ya qayçının ucu ilə edə bilərsniz.



4. Bir küncdəki iki deşiyi bir-birinə uyğun şəkildə qatlayın və  şəkildə olduğu kimi dekorativ mismarlarla birləşdirin.



5. Bu əməliyyatı hər küncdə davam etdirin.



Aksesuarlarımızı da içinə qoyduq ki, köhnə dəridən yeni bjüteriya qabımız  super görünəcək! Sağlıqla istifadə edin!




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!