Lentli mirvari boyunbağı düzəldək - Foto dərs

Lentli mirvari boyunbağı düzəldək - Foto dərs
Əl işləri - Dizayn
10.09.2017 28
Çox zaman gənc xanımlar mirvari boyunbağı taxmağı sevmirlər, çünki mirvarinin daha yaşlı insanlar üçün uyğun olduğunu düşünürlər. Əgər siz də belə düşünürsünüzsə, mirvari boyunbağınızı daha modern hala gətirməyi Qadınlar.Biz olaraq sizlərə təklif edirik.



Lazım olan ləvazimatlar:

35 sm istədiyiniz rəng lent

30 dənə ağ mirvari

Şəffaf sap

iynə

Qayçı



Hazırlanması:

İşə başlamadan öncə qeyd edim ki, qara və ya çəhrayı rəngdə atlas lent seçərsəniz, mirvarili boyunbağınız daha gözəl görünəcək. İndi isə başlayaq.

Lentin bir ucundan təqribən 10 sm ölçün və düyün vurun.

Şəffaf sapı iynəyə keçirin və sapın ucunu düyünləyib bərkidin.

İynəni lentə düyün vurduğunuz yerdən və mirvarinin deşiyindən keçirin və yenidən lentə sancın. Bu prosesi şəkildə göründüyü kimi davam etdirin. Yəni bir-bir ardıcıllıqla mirvariləri iynə-sapla lentə bərkidin.

Daha sonra mirvarilər qurtardığı zaman şəffaf sapı lentə bərkidin və artıq olan hissəsini qırın.

Son mirvarinin yanında lentə düyün atın.

Lentli mirvari boyunbağımız hazırdır.

Sağlıqla istifadə edin!




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!