Saçaqlı clutch hazırlayaq - foto dərs

Saçaqlı clutch hazırlayaq - foto dərs
Əl işləri - Dizayn
10.09.2017 54
Qadınlar.biz sizlərə asanlıqla hazırlayıb, istifadə edə biləcəyiniz  "saçaqlı clutch” təqdim edir.



Lazım olan ləvazimatlar:

Dəri və ya zamuj parça

Dəri və ya zamuj ip

Deşici alət

Xətkeş

Qayçı



Hazırlanması:

Çantanın rəngi, həmçinin böyük və ya kiçik olması tamamilə sizin istəyinizdən asılıdır. Biz qara rəngdə, həcmi kiçik çanta hazırlayacağıq. Bunun üçün parçamızı A3 kağız ölçülərində kəsirik. Sonra onu üz-üzə iki qatlayırıq.

Şəkildə göründüyü kimi, qatladığımız parçanın sağ və sol tərəflərində 1 sm-lik məsafələrlə deşiklər açırıq.

Dəri ipimizi 60 sm-lik hissələri ayırırıq. Bu hissələr parça üzərində açdığımız deşiklərin sayı qədər olmalıdır.

Bir ipi iki qatlayıb, dairəvi hissəsindən deşikdən keçiririk, ipin uclarını həmin dairənin içərisindən salıb yavaşca çəkirik. Bu qayda ilə bütün ipləri deşiklərdən keçiririk.

"Saçaqlı clutch”ımız hazırdır. Sağlıqla istifadə edin!




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!