"Quş yuvası" boyunbağı hazırlayaq - Foto dərs

Əl işləri - Dizayn
10.09.2017 20
Qadınlar.biz gündəlik istifadə edə biləcəyiniz və ətrafınızdakı hər kəsin diqqətini cəlb edə biləcəyiniz "quş yuvası” boyunbağı hazırlanmasını sizlərə təqdim edir.



Lazım olan ləvazimatlar:

Ağ muncuq

Qızılı rəngdə tel

Boyunbağı zənciri



Hazırlanması:

Quş yuvasının böyüklüyü və yumurtaların sayı tamamilə sizin istəyinizdən asılıdır. Biz 3 ədəd ağ muncuq götürdük. Yəni bizim quş yuvası boyunbağımızda 3 dənə yumurta olacaq.



Hər bir muncuğu telə keçirir və dairəvi hərəkətlərlə bururuq. Telləri qarışıq halda bir-birinin içərisindən keçirib şəkildəki kimi quş yuvasını hazırlayırıq.



Yuvanı bitirərkən və son dairəni tamamlayarkən boyunbağı zəncirini keçirə biləcəyimiz bir balaca halqa düzəldirik. Boyunbağı zəncirini həmin halqadan keçiririk.



Budur, "quş yuvası” boyunbağımız hazırdır. Sağlıqla istifadə edin!




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!