Hansı otağı necə rəngləyək?

Hansı otağı necə rəngləyək?
Əl işləri - Dizayn
10.09.2017 29
Evimizdə otaqlarımız üçün seçimdiyimiz rənglər ruh halımız üzərində böyük təsirə malikdir. Gəlin rənglərin psixologiyamız üzərindəki təsirlərini öyrənək.



Sarı rəng xoşbəxtliyin rəngidir. Ruh halımızı yüksəldir və insana pozitiv enerji verir. Qonaq otağı və ya mətbəx üçün olduqca uyğundur. Uşaq otaqlarında isə seçilməsə, daha yaxşı olar. Çünki göz sarı rəngi çətin seçdiyindən, körpənizin və ya uşağınızın diqqətini dağıda bilər.



Yaşıl rəngdən idman etdiyiniz otaqda və ya iş otağında seçim etməsək, daha yaxşı olar. Çünki yaşıl rəng, insana dinclik və sakitlik bəxş edir.



Mavi rəng, istirahətin və əmin-amanlığın rəngidir. Yataq otağı və hamamda mavi rəngdən istifadə edə bilərsiniz. Ofis kimi yerlərdə mavi rəngdən istifadə isə yanlış qərardır. Çünki bu rəng enerjinizi salar və etdiyiniz işlərə mane ola bilər.



Qırmızı rəng müvəffəqiyyət və məhsuldarlığın rəngidir. Xüsusilə iş otaqlarında seçim edə bilərsiniz. Yataq otağında qırmızı rəngdən istifadə etmək məsləhət edilmir, çünki bu rəng rahat yuxunuza problem yarada bilər.



Bənövşəyi rəng yaradıcılığın rəngidir. Oyun otağında, mətbəxdə və ya əl işi etdiyiniz otaqlarda da istifadə edə bilərsiniz.Yuxunun nizamlanmağına təsir edir.



Narıncı rəng, enerji və həyəcanın rəngidir. Enerji səviyyənizi yüksəldər və sizi hərəkətə gətirən təsiri var. Evinizdə idman etdiyiniz küncdə narıncı rəngi seçə bilərsiniz.



Istirahət üçün seçdiyiniz otaqlarda və ya evin künclərində narıncı rəngdən istifadə etməsək, daha yaxşı olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!