Dünyanın ən bahalı villaları

Dünyanın ən bahalı villaları
Əl işləri - Dizayn
10.09.2017 37
"Əvvəl evin içi, sonra çölü” - məsəli yalnız bizdə deyil,
dünyanın hər yerində rahat yaşamağa can atan insanlar üçün həyat
devizinə çevrilib. Bir sıra ölkələrin varlı sakinləri öz rahatlıqlarını
təmin etmək üçün milyonlarından keçməli olurlar. Hər cür rahatlığa,
xüsusi gözəlliyə, geniş bağ-bağçaya malik malikanələrə sahib olmaq hər
bir insanın arzusudur. 
 
 
 
Hindistanın qərbində yerləşən, Maxaraştra ştatının
inzibati mərkəzi sayılan Mumbaydakı "Antilla” adlı bu malikanənin
qiyməti 1 milyard dollardır. 168 avtomobillik dayanacağa malik 27
mərtəbəli ev xüsusi fitnes mərtəbəsi, idman və rəqs zalı, yataq, vanna
otaqları, hətta 4 mərtəbəli bağla təmin edilib. Evin sahibi hind
biznesmeni, multimliyarder Mukeş Ambanidir.   
 
 
 
Londondakı "Upper Phillimore Gardens” Hindistandakı
villadan cəmi 20 milyon dollar ucuzdur. 5 mərtəbəli malikanə 10 yataq
otağından, yeraltı qapalı hovuzdan və sığınacaqdan, kinoteatrdan, sauna
və idman zalından ibarətdir. Evin sahibi Ukraynanın keçmiş prezidenti
Kuçmanın qızı Yelena Kuçmadır.   
 
 
 
ABŞ-ın Montana ştatındakı  "The Pinnacle” da digər
villalardan geri qalmır. 944 milyon dollar qiyməti olan bu dəbdəbəli
evdə qolf, eyni zamanda xizəklə sürüşmək üçün xüsusi meydança var. İdman
zalı, üzgüçülük hovuzu olan villada hətta xüsusi funikulyor da var.
Malikanənin sahibi daşınmaz əmlak bazarı üzrə biznesmenlər Edra və Tim
Bliksetdir.  
 
 
 
ABŞ-ın Florida ştatındakı "Maison de L’Amitie”in qiyməti
913 milyon dollar civarındadır. 2,5 hektar ərazi tutan cah-cəlallı ev 15
yataq və vanna otağından ibarətdir. Məşhur rəssamların əl işləri ilə
bəzədilmiş villanı 2008-ci ildə keçmiş sahibi, milyarder Donald Trampdan
950 milyon dollara rusiyalı biznesmen Dmitri Rıbolovlev alıb.     
 
 
 
Bu ölkənin Kolorado ştatındakı "Hala Ranch”ı almaq
istəyinə düşənlər 821 milyon dollardan keçməlidirlər. Bir çoxları iddira
edir ki, ABŞ-da 2006-cı ilə qədər bu qiymətə bahalı ev satılmamışdı.
Səudiyyəli şahzadə Bandar bin Sultan həmin il onu 135 milyon dollara
satıb. 15 yataq, 16 vanna otağından ibarət malikanə yüksək texnologiyaya
malik sutəmizləyici qurğularla və qazötürücülərlə təchiz edilib. 
 
 
 
"Fleur de Lys” adlı, 760 milyon dollar qiymətinə malik
"cənnət məkanı” ABŞ-ın Kaliforniya ştatındadır. 12 yataq və 15 vanna
otağından ibarət malikanədə ikimərtəbəli kitabxana və rəqs zalı
yerləşir. Onun sahibi Maykl Milkendir.   
 
 
 
Fransadakı "Leopald villası” Belçika kralı II Leopold
üçün 1902-ci ildə inşa edilib. 457 milyon dollar qiyməti olan
malikanənin ərazisi olduqca böyükdür. Yüzlərlə portağal və limon
ağacının əkildiyi bu böyük məkanda hər gün 50 bağban çalışır.
Malikanənin hazırkı sahibi Livan bankiri Uilyam Safranın şəriki Lili
Sfradır.   
 
 
 
Kaliforniyadakı "Ellison Estate”in qiyməti 20 milyon
dollardır. Bir çoxları onu ev yox, 10 binadan ibarət yaşayış kompleksi
adlandırırlar. 9 hektar ərazi tutan bu malikanənin həyətində süni göl,
Çin sazan balıqlarının üzdüyü göl, çay evi, üzmək üçün xüsusi yer var.
Onun rəhbəri "Oracle” şirkətinin əsasını qoymuş Larri Ellisondur.  
 
 
 
"Beverly House”, - ABŞın Kaliforniya ştatındakı malikanə
135 milyon dollardır. 29 yataq otağından, böyük kitabxanadan, dairəvi
eyvandan, bilyard zalından ibarət malikanədə 3 hovuz, tennis üçün xüsusi
yer, xüsusi kinoteatr və gecə klubu mövcuddur.
 
 
 
Nyu-Yorkdakı "Four Fairfield Pond” 25 hektar ərazini
tutur. 29 yataq otağından ibarət villanın qiyməti 133 milyon dollardır.
39 vanna otağından ibarət malikanədə basketbol meydançası, 3 hovuz və
uzunluğu 100 metr olan yeməkxana var. Malikanənin rəhbəri "Renco”
şirkətinin rəhbəri Ayra Rennertdir.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!