İnteryerdə yeni dəb: rəngli parketlər

İnteryerdə yeni dəb: rəngli parketlər
Əl işləri - Dizayn
10.09.2017 24
Bu mövsüm ev dekorasiyasında vintaj üslubunu xatırladan köhnəlmiş təbii taxta tonları və rəngli parketlər dəbə minib. Əgər otağınızı vintaj ruhunda bəzəməyə qərar vermisinizsə, rəngli parketlər bu yolda atılan ən yaxşı üsuldur.xüsusən də boz və mavi rəngli taxta parketlər  aktualdır.



Vanna otağında taxta parketlər

Taxtanın sakitləşdirici tonu və rənginin ən yaxşı inteqrasiya olunduğu məkanlardan biri də hamamdır. Son zamanlar dizaynerlər hamam üçün də suya davamlı parketlər istehsal edirlər. Ona görə də vanna otaqlarında  parket istifadə edilməsi olduqca populyarlaşıb. Təbii tonlarda taxta parketlər hamamda həm sakit, həm də isti atmosfer yaradır. Təbii tonlarda parketlərə üstünlük vermisinizsə, seçdiyiniz aksessuarların da ona uyğun olması vacibdir. Bu baxımdan, daş əlüzyuyanlar bu konsepsiya üçün əlverişli sayılır.



Rəngləri qarışdırın

Bu mövsümə damğasını vuran dekorasiya cərəyanlarından biri də rəngli parketlərdir. Rəngli parketlər əyləncəli və isti mühit yaratdığı üçün dostlarınızla yığışıb söhbət etdiyiniz və ya yemək yediyiniz otaqlarda tətbiq oluna bilər.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!