Düymələrdən yararlanmağın ən maraqlı yolları

Düymələrdən yararlanmağın ən maraqlı yolları
Əl işləri - Dizayn
10.09.2017 18
Hər
bir evdə bir çox xırda əşya olur ki, onları bir gün lazım olar deyib
saxlayırıq. Atalar yaxşı deyib saxla samanı gələr zamanı. Atmağa əlimiz
gəlmədiyi əşyalardan biri də rəngarəng düymələrdir. Qadınlar.biz fərqli
ölçü və rəngdə olan, ilk baxışdan heç nəyə yaramayan düymələrdən necə
faydalanmağın yolunu sizə təqdim edir.



Düymələrlə
evdəki köhnə çərçivələrin kənarlarına yeni dizayn verib,
çərçivələrinizi daha modern edə bilərsiniz. Bu üsuldan həmçinin
güzgülərin kənarını bəzəmək üçün də istifadə etmək olar.







Düymələrlə
saat düzəltmək çox asandır. Bəzən valideyynlər uşaqlara saatı
öyrətməkdə çətinlik çəkir. Rəngarəng düymələrlə elə uşaqlarınızla birgə
hazırladığınız saat bu problemi sizin üçün həll etmiş olar. Ya da evdə
hazır bir divar saatınız varsa onun rəqəmlərini düymələrlə əvəz edərək
gözəl nəticə ortaya çıxara bilərsiniz.







Evdə
olan yumuşaq mebellərində yenilik etməyi sevənlərə divan və
kreslolarının yastıqlarını düymələrlə bəzəməyi tövsiyyə edirik. Bunun
üçün düymələrə maraqlı dizayn verərək yastıqların üzərinə bərkidə
bilərsiniz







Qalın
bir parlaq ipə xırda düymələri keçirərək maraqlı qolbaq hazırlamaq
olar. Nə qədər çox düymədən istifadə etsəz bir o gədər rəngarənq qolbaq
almış olarsınız







Köhnə kəmərinizi də düymələrlə yeniləyə bilərsiniz.







Bu üsulla boyunbağı da hazırlamaq mümkündür.







Evdəki masatolüstü lampalaraın da düymələrlə görünüşü yeniləmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!