Köhnə əşyalardan belə yararlanın

Köhnə əşyalardan belə yararlanın
Əl işləri - Dizayn
10.09.2017 31
Hər
kəsin evində qədimdən qalma əşyalar var. Bunlara qab-qaşıq,
nənələrinizdən qalma fincanlar, boşqablar daxildir. Bu əşyalara baxdıqca
keçmiş xatirələr, uşaqlıq illəri insanın gözünün qabağında canlanır.
Ona görə də atmağa çox vaxt əliniz gəlmir. Bəzəndə insan fikirləşir ki,
nə qədər texnika inkişaf eləsə də, yeni dəbdəbəli qablar istehsal olunsa
da keçmişin qabların yerini vermir. Nənələrinizdən qalma gümüş
qaşıqlar, mis sini qablar çox qiymətlidir. Həm maddi, həm də mənəvi
baxımdan onların dəyəri yoxdur.



Əgər
sizində atmağa əlinizin gəlmədiyi ailə yadigarı qablarınız varsa,
mətbəxinizdə yer tutur və artıq yığmağa yer tapmırsınızsa, o zaman
Qadınlar.biz-in təqdim edəcəyi üsullardan yararlana bilərsiniz.



Evinizdəki,
qədim çaydanlardan dibçək kimi istifadə edə bilərsiniz. Qədimdən qalma
dizaynlı bu cür çaydanların içərinsinə rəngarəng güllər əkərək zövqlü
bir görüntü yaradın. Əmin olun ki, evinizə gələn hər kəsi bu tərzinizlə
heyran edəcəksiniz. 







Əsas
qaydanı unutmayın - gülləri əkməzdən əvvəl mütləq qabların alt
hissəsindən deşik açmaq lazımdır ki, onlara qulluq edərkən problem
yaranmasın.







Otaqlarınızda
da ata bilmədiyiniz qədim fincanlardan dibçək olaraq istifadə edə
bilərsiniz. Çalışın ki, fincanların rəngi oatığı rəngi ilə ahəng
yaratsın.

Qədimdən
qalma istifadə etmədiyiniz fincanları dəyərləndirməyin digər yolu isə
onlardan şam qabı kimi istifadə etməkdir. Siz hazır şamları bu qabların
içərisinə qoyaraq yaxudda özünüz şam hazırlayaraq istifadə edə
bilərsiniz.







Bunun
çox sadə üsulu var evdə artıq qalmış şamlarınıza boya qataraq sobada
əridin. Əritdiyiniz şamın rənginə uyğun bir fincan seçərək orta
hissəsindən ip qoyun və yanlarından əridə-əridə şamları əlavə edin. Ən
üst hissəsini isə hamarlayıb səliqəyə salın. Beləliklə istifadə
etmədiyiniz şamları və fincanları eyni anda dəyərləndirmiş oldunuz.

Mətbəxinizdə
nəsə yenilik etmək istəyirsinzsə bu zaman yenədə keçmişdən qalmaq qaşıq
və çəngəllər köməyinzə çata bilər. Bəzənsə mətbəx mebellərinizin
dəstəkləri çox açılıb-bağlanması səbəbindən qopur. Onları yeniləmək üçün
istifadə etmədiyiniz qaşıqlardan və çəngəllərdən yararlanın. Şəkillərdə
gördüyünüz qaydada siz fərqli quruluşda qapı dəstəkləri hazırlaya
bilərsinz.



 

 

Bu
cür qeyri adı əl işləmələri olan çəngəl və qaşıqları dəyərləndirməyin
digər yolu onlardan asılqan kimi istifadə etməkdir. Kreativ görüntü
yaradacaq bu əşyalar mətbəxinizdə asılqan olaraq çox işinizə yarayacaq.
Mətbəx dəsmallarını asmaq üçün istifadə edə bilərsiniz.







Zər
qədrini zərgər bilər deyimi əbəs yerə deyilməyib. Bacaqrıqlı insanlar
hətta mətbəx əşyaları ilə belə qadınların ürəyini necə fəth etməyin
yolunu tapıblar. Yəqin ki, çox az adam bu cür qabiliyyətə malik olur və
belə ideyalar hər insanın ağlına gəlmir. Mətbəx əşyalarından hazırlanan
bu aksesuarlar hər kəsi heyran edir.







Bu
cür qədim qablardan yararlanmağı digər bir yolu isə onlardan maraqlı
çil-çiraqlar və stolüstü lampalar hazırlmaqadır. İstər mətbəxinizdə
istərsədə qonaq otağınızda fərqli görüntü yarada bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!