Xəyalınızdakı evi yaratmaq üçün 5 məsləhət

Xəyalınızdakı evi yaratmaq üçün 5 məsləhət
Əl işləri - Dizayn
10.09.2017 15
Bir neçə il sonra xəyalınızdakı evdə yaşamaq istəyirsinizsə,sizin üçün 5 məsləhəti var. İndidən edə biləcəyiniz dekorasiya
seçimləri ilə xəyalınızdakı evə bir addım daha yaxınsınız.

Hamımızın
xəyallarında mütləq bir ev obrazı var. Bəzilərimiz böyük, çox otaqlı və
çox mərtəbəli evlərdə yaşamağı xəyal edirik. Digərlərimiz isə kiçik,
amma diqqət çəkici bir evdə yaşamaq arzusundayıq. Xəyallarımızdakı evə
qovuşmaq bəzən uzun müddət tələb edə bilər. 5-6 il, bəlkə də daha çox.
Vacib olan məqam isə o evə qovuşanadək həyatınızı davam etdirdiyiniz
evlərin də sevdiyiniz kimi olmasıdır. Üstəlik indi vaxtımızı
keçirdiyimiz evlərimiz üçün alacağımız mebellər, ya da etdiyimiz
düzəlişlər xəyalımızdakı evimiz üçün bir növ investisiyadır. Verəcəyimiz
məsləhətlər ilə xəyalınızdakı evə qovuşmaq artıq daha asan olacaq.
Gəlin birlikdə bu 5 məqama nəzər salaq.



1. Evinizə xarakter qatacaq detallardan istifadə edin.

Xəyalınızdakı
evə qovuşmaq üçün dekorasiya alış-verişi edərkən evinizə xarakter
qatacaq nüanslar əldə etməlisiniz. Mümkün olduğu qədər sənət əsərlərini
əldə etməyə çalışın. Bu gələcəkdəki eviniz üçün gözəl bir seçim olacaq.
Bu əvvəl sizə bahalı gələ bilər, ancaq əsla köhnəlməyəcək və evinizə
xüsusilik qatacaq bir məqamdır. İllər keçsə də, haraya getməyinizdən
asılı olmayaraq sənət əsərlərinizin çərçivələrini dəyişdirərək mövcud
həyatınıza uyğun hala gətirə bilərsiniz.



2. Dövrün trendlərinin nəbzini kiçik detallarla tutun.

Dekorasiya
trendləri modada olduğu kimi sürətlə dəyişməkdədir. Bu trendlərin
arasından çox da yüksək məbləğ tələb etməyənləri seçməyinizi məsləhət
görürük. Misal üçün həmin il dekorasiyada naxışlar dəbdə ola bilər.
Ancaq siz naxışlı yox, bir rəngli divan alaraq üzərində naxışlı
yastıqlardan istifadə edə bilərsiniz. Beləliklə keçici dəbdə olan
şeylərə həddindən artıq xərc sərf etməməklə həmin trendləri evinizdə
tətbiq edə biləcəksiniz.



3. Mətbəxinizdəki əsas hissələrə diqqət yetirin.

Mətbəxiniz
üçün nəsə alarkən çəngəl, bıçaq, stəkan kimi uzun illər istifadə edə
biləcəyiniz şeylər almağa çalışın. Belə bir dəsti almaq üçün
xəyalınızdakı evi almağı gözləməyin.



4. Böyük bir kitabxana üçün indidən hazırlaşın.

Xəyalınızdakı
evdə böyük bir kitabxana olmasını istəyirsinizsə, kitabxananızı bir-iki
gündə yarada bilməyəcəyinizi bilməlisiniz. Kitabxana yığmaq əmək tələb
edən bir şeydir. Ən dəyərli kitabxanalar isə yaşayaraq yaradılır.
Özünüzə bir tarix müəyyən edin. Bu müddət ərzində kitabxanaları gəzin.
Həqiqətən bəyəndiyiniz kitabları toplamaq vaxtınızı alacaq.



5. Dəbdən düşməyəcək mebellər almağa diqqət edin.

Xəyalınızdakı
evdə istifadə etmək istədiyiniz mebelləri indidən almağa başlaya
bilərsiniz. Mebel seçimində hər dövrə uyğun gələn mebellərə üstünlük
verməyinizi məsləhət görürük. Misal üçün divan dəsti alarkən dizaynının
gözəl olmasına diqqət edin. Nəzərə alın ki, o həm də davamlı olmalıdır.
Davamlı bir dəstin üzlüyünü dəyişdirərək yenidən istifadə edə
bilərsiniz. Sadəcə parçasını dəyişdirib qonaq otağınıza fərqli nəfəs
gətirə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!