İnsan beyini 30 yaşdan sonra zəifləməyə başlayır

İnsan beyini 30 yaşdan sonra zəifləməyə başlayır
Əl işləri - Dizayn
10.09.2017 24
ABŞ-ın
Vircinya ştatında ki, eyni adlı unuversitetdə aparılan tədqiqatlar
göstərmişdir ki, insan orqanizmində qocalığın ilkin əlamətləri özünü ilk
öncə beyində göstərir. Belə ki, 30 yaşdan sonra insanda unutqanlıq,
yaddaş zəifliyi kimi hallar özünü göstərir. Həmçinin araşdırmalar
göstərmişdir ki, insan beyninin ən yaxşı inkişaf dövrü 22 yaşında olur.



Vircinya
Universitetinin əməkdaşlarının 18-60 yaş arası 2000 nəfər üzərində
apardığı bu araşdırmada əsasən yaxşı təhsilli və sağlam qadın və kişilər
iştirak etmişlər. Araşdırmalarda müxtəlif ağıl oyunlarından və vizual
tapmacalardan istifadə olunmuşdur. Müsabiqənin qalibləri arasında
üstünlüyü əsasən 22 yaş qrupunun əldə etdiyi müəyyən olunmuşdur.
İkinciliyi 27 yaş qrupu əldə etdiyi halda 30 və ondan yuxarı yaş
qruplarında isə cüzi nailiyyətlər əldə olunmuşdur.



Araşdırmanın
rəhbəri professor Timothy Salthouse bildirmişdir ki, 30 yaşdan yuxari
insanlarda yaddaş zəifliyinə səbəb insanlarda yaşlanma zamanı beyin
hüceyrələrinin ölümünə səbəb olan Aletsheymer xəstəliyinin olmasıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!