İnteryerdə rənglərin rolu

İnteryerdə rənglərin rolu
Əl işləri - Dizayn
10.09.2017 27
Rənglərin
dili və hər rəngin öz enerjisi olduğunu yəqin ki, eşitmisiniz. Bu
reallığa əsaslanan mütəxəssislər hər məkana uyğun uğurlu rəng seçimini
müəyyənləşdirib. Onların qənaəti belədir:

 

Qonaq
otağı ortaq paylaşılan məkan olduğu üçün burada orta tonlarda rəng
seçilə bilər. Məsələn, süd çalarları, ay daşı rəngi, çox açıq bej, sarı,
ya da  mavi qonaq otağına daha uyğundur. Əgər qonaq otağı mebelləri
cəlbedici rəngdədirsə, divar kağızları açıq və yumşaq tonlarda
olmalıdır. Mebellər sakit tonlarda olarsa, divar kağızları daha tünd və
iddialı ola bilər.

 

Yataq otağında sakitləşdirici rənglərdən istifadə edilməlidir. Mavi, yaşıl, açıq bənövşəyi yataq otağı üçün ideal rənglərdir.

 

Dəhlizdə
həm  açıq, həm də tünd rənglərdən istifadə edilə bilər. Birləşdirici
funksiya daşıyan dəhlizin divarlarına fotoşəkillər  də asmaq olar.

 

Daş rəngi, kobalt, kristal ağ, boz çalarları, soyuq mavi və bej dəhliz üçün ən uğurlu rənglər hesab edilir.

 

Uşaq
otağının dizaynı klassik yanaşmalardan uzaq olmalıdır. Uşaqlar üçün
daha çox əyləncəli çalar seçin. Onların otağına, əsasən çəhrayı, yaşıl,
bənövşəyi, göy rənglər uyğundur. Üstündə uşaqların sevdiyi qəhrəmanların
şəkilləri olan divar kağızları ən yaxşı seçimdir. Bu cür divar
kağızları uşaqların əhvalını qaldırıb, yaradıcılıq qabiliyyətini
artıracaq.

 

Mətbəx və hamamda dinamik rənglərdən istifadə edin. Həmin rənglər çirkli ağ, boz, sarı, zəfəran, yaşıl, mavi ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!