Burada kinoya avtomobildə baxırlar

Burada kinoya avtomobildə baxırlar
Əl işləri - Dizayn
10.09.2017 27
ABŞ-ın bir sıra şəhərlərində sürücülər üçün açıq havada yerləşən kinoteatrlər fəaliyyət göstərir.

 

bu cür
kinoteatrlardan ən böyüyü Nyu-Yorkda yerləşir. "All-Weather Drive-In of
Copiague”adlanan kinoteatrın ərazisində 2500 avtomobil yerləşir. Düzdür,
zaman keçdikcə, ənənəvi kinoteatrların artan sayı avtomobillər üçün
açıq havada yerləşən kinoteatrların populyarlığı azalıb. Lakin bununla
belə hal-hazırda ölkə üzrə onların sayı yalnız 500-ə yaxındır.

 

Başqa
sözlə desək, açıq havada olan kinoteatrlar tarixdə öz izini saxlayıb və
Amerika mədəniyyətinin məhşur nişanlarından birinə çevrilib.

 

Qeyri-adi
kinoteatrların maraqlı tarixçəsi var. Belə ki, hər şey 1933-cü ildə
bəzi sürücülərin öz avtomobillərini Nyu Cersi ştatının Kamden
şəhərindəki "Crescent” bulvarında yerləşən yeni Park-in kinoteatrlarının
qabağında saxlamasından sonra başlayıb. Bu, sürücülər üçün ilk dəfə
yaradılmış açıq havada yerləşən kinoteatr idi, lakin buna baxmayaraq
termin yalnız bir qədər sonra istifadə edilməyə başlandı. Kino həvəskarı
olan Riçard Hollinqshed tərəfindən ənənəvi kinoteatrlarda anasının
komfortlu oturacaqlarda oturmaq üçün mübarizəsindən ilham alaraq, açıq
havada insanların öz avtomobillərində rahat film seyr etmək ideyası
meydana gəlib. Qısa müddət sonra bu cür kinoteatrlar bütün ölkə
ərazisində fəaliyyətə başlayıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!