Evlərdə bahar şənliyi

Evlərdə bahar şənliyi
Əl işləri - Dizayn
10.09.2017 64
Hər
tərəf yaşıllaşmağa, günəşin isti şüaları pəncərələrdən otaqlara
süzülməyə başlayıbsa, deməli, evin içində də yaz dəyişikliyi etməyin
vaxtı çatıb. Odur ki, dəyişikliyə pəncərələri taybatay açıb qalın
pərdələri nazikləri ilə əvəz etməkdən başlaya bilərik. Başqa nə edərək
yaz təravətini, bahar nəfəsini evdə hiss etmək olar?

 

İnteryeri
yaz əhvalına uyğun dizayn etməklə evin aurasını canlandırmaq olar.
Bütün evi dəyişdirmək mümkün olmasa belə, ən azı bir otağı yeniləmək öz
əlinizdədir. Bu yenilik sizə hər gün zövq verib yeni duyğular
aşılayacaq.

 

Narahat
olmaq lazım deyil. Ev mühitini bahar havasına kökləmək üçün elə böyük
vəsait xərcləməyə ehtiyac da yoxdur. Dekorativ aksessuarların köməyi ilə
evi tamamilə dəyişmək həm xərcsiz, həm də asandır.

 

Əvvəlcə,
evdə qış dekorlarını, məsələn, qalın, yun örtükləri və xalçaları
yığışdırın. Sonra qalın pərdələri daha nazik, əlvan güllü variantları
ilə dəyişin. Üstü flora ornamentləri ilə işlənmiş yarımşəffaf tüllər
bahar dekorasiyası üçün ən gözəl seçimdir. Bahar interyerində ən əsas
məqam yüngüllük, təbii parçalardan, təbii çiçək və tematik naxışlardan
istifadədir. Ağır divan-kreslo örtüklərini satin örtüklə əvəz etmək
olar. Xalçaların əvəzinə yeri həsir xalı və ya kiçik xalçalarla döşəyin.
Bir sözlə, qalın və tünd parçaların yerini pastel çalarları və təbii
rəngli pambıq, həmçinin rahat və zəngin rəngli parçalar alır.

 

Yaz
dekoru ilə təbiətdə baş verən hadisələr ahəng təşkil etməlidir. Bahar
interyerində ən çox füruzəyi, mavi, sarı, ağ və limon, yasəmən, şaftalı
və mərcanı, çəhrayı və zeytun yaşılı istifadə edilməlidir. Bundan başqa,
bəzən tərtibatda nanə, boz və sədəf rənglərinə də üstünlük vermək olar.

 

Bahar
dekorasiyasını tamamlayan ən vacib detal güllərdir. Masaların üstünü
güldan və təravətli çiçəklərlə doldurun. Gülü imkan daxilində tez-tez
dəyişmək lazımdır ki, otaqdan gözəl qoxular gəlsin. Yaxud da rəflərdə və
taxçalarda yasəmən, limon və ya nanə ətirli şamlar yerləşdirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!