Novruz süfrə bəzəyi – qədəhlərin yeri

Novruz süfrə bəzəyi – qədəhlərin yeri
Əl işləri - Dizayn
10.09.2017 44
Bayramlarda,
qonaqlıqlarda açılmış süfrə evin xanımının zövqündən və süfrə
mədəniyyətindən xəbər verir. Bu elə mədəniyyətdir ki, hər bir xanımda
olmağı vacibdir. Bunun üçün də bayram qabağı qonaqlarınızın çox olmasını
nəzərə alıb sizə kömək etmək qərarına gəldik. Bu yazımızla sizi zövqlü
süfrə bəzədilməsi yükündən azad edirik. Bayram süfrənizdə qədəhlərin
qarışıq, səliqəsiz görünməsini istəmirsinizsə bu yazımız məhz sizin
üçündür.



Masa
bəzəyərkən hər şeydən əvvəl süfrəni düzgün, zövqlü şəkildə qurmaq
lazımdır. Otağın dizaynından tutmuş qonaqlığın mövzusuna qədər hər şey
düşünülməlidir. Masanın bəzədilməsi süfrə seçimindən başlayır. Bayramlar
üçün açıq rəngli, eyni çalarda olan süfrə seçilməlidir. Süfrə masanın
üzərini tamamilə örtməlidir və hər tərəfdən 20 sm sallanmalıdır. Süfrə
masaya rahat otursun deyə onun altından masaya açıq rəngli başqa bir
yumşaq parça salmaq yaxşı olar. Yemək üçün boşqab və çəngəl-bıçağın
yerləşdirilməsi haqqında isə ötən yazılarımızdan oxuya bilərsiniz.İndi
əsas mövzumuz qədəhlərin, stəkanın və fujerlərin yerləşdirilməsidir. 



İstənilən
qonaqlıq süfrəsində stəkan və fujerlər büllur ya da ki, şüşədən
olmalıdır. Su, limonad və meyvə şirəsi üçün olan stəkan ya boşqabın
qarşı ya da sağ tərəfinə qoyulur. Digər təqdim olunacaq içkilərə uyğun
fujer və qədəhlər su stəkanının yanına, sağ tərəfdən ardıcıllıqla
düzülür.



Masanızdakı
bütün qabların, xüsusilə də, qədəhlərinizin ideal təmizlikdə olmasına
diqqət edin. Kiçik bir ləkə ən gözəl, zövqlə bəzədilmiş süfrəni korlaya
bilər.




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!